Pleyeri seçin:

Türkiyə onlara şərt qoydu | Hərbi əməliyyatın anonsu verildi

08 yanvar 2025 363 baxış

“Suriyada fəaliyyət göstərən PKK/YPG irəli sürülən şərtləri yerinə yetirməsə, onlara qarşı hərbi əməliyyat keçiriləcək”.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “CNN TÜRK”ə müsahibəsində deyib.

O bildirib ki, Türkiyə hər kəsə aydın olan tələblər irəli sürüb:

“Əgər Suriya hərbi əməliyyat variantı ilə üz-üzə qalmaq istəmirsə, o zaman xarici terrorçular, onların liderləri ölkəni tərk etməlidirlər”.

H.Fidan Suriyanın yeni rəhbərliyinin bölgədə qalan YPG terror təşkilatı üzvlərini məhv etmək üçün son hazırlıqlar gördüyünü vurğulayıb.

Əsəd rejiminin devrilməsindən sonra Suriyada qurulan yeni administrasiyanın mübarizə aparmaqdan çəkinmədiyini deyən H.Fidan bölgədə gələcək qarşıdurmaların qarşısını almaq üçün arzu olunan şərtlərin bəlli olduğunu bildirib.

“YPG-yə verdiyimiz ultimatum aydındır. Təşkilatın qalan üzvləri – Kürdüstan Fəhlə Partiyası və ona bağlı birləşmələr silahlarını aşağı salmalı və Suriyanın yeni rəhbərliyi ilə birlikdə çalışmalıdır. Dəməşq onlarla dialoq aparır. Nəticə olmasa, hərbi əməliyyat hüquqi seçim olacaq. Biz uzun illərdir bu məsələ ilə məşğuluq. İndi Suriyadakı yeni reallıq kontekstində fərqli ssenariləri qiymətləndirərək işimizi davam etdiririk. Suriyanın yeni administrasiyası açıq şəkildə bu problemi tanımalı və ölkəsinin milli təhlükəsizliyini və bütövlüyünü təmin etmək üçün lazımi addımlar atmalıdır. Bu bizim gözləntimizdir. Bununla bağlı danışıqlar davam edir”, – deyə Hakan Fidan vurğulayıb.

İrana qarşı iqtisadi təzyiq siyasətində aviasiya sektoru da hədəfə alındı - Baku TV CANLI

İrana qarşı iqtisadi təzyiq siyasətində aviasiya sektoru da hədəfə alındı - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 363 baxış
Ukrayna Ordusundan neft sənayesinə ağır zərbə

Ukrayna Ordusundan neft sənayesinə ağır zərbə

Dünya
21 sentyabr 2026 363 baxış
Zelenski sülh üçün yeni təkliflərdən danışdı

Zelenski sülh üçün yeni təkliflərdən danışdı

Dünya
21 sentyabr 2026 363 baxış
Vaşinqton Tehrana qarşı sanksiyaları sərtləşdirir

Vaşinqton Tehrana qarşı sanksiyaları sərtləşdirir

Dünya
21 sentyabr 2026 363 baxış
Zelenski Rusiya ilə müharibənin başa çatdırılmasının vacibliyini vurğulayıb - Baku TV CANLI

Zelenski Rusiya ilə müharibənin başa çatdırılmasının vacibliyini vurğulayıb - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 363 baxış
Suriyanın Hələb şəhərində güclü partlayışlar baş verib | Xəsarətalanlar var - Baku TV CANLI

Suriyanın Hələb şəhərində güclü partlayışlar baş verib | Xəsarətalanlar var - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 363 baxış
ABŞ-Çin danışıqlarında ticarət və süni intellekt məsələləri geniş müzakirə olundu - Baku TV

ABŞ-Çin danışıqlarında ticarət və süni intellekt məsələləri geniş müzakirə olundu - Baku TV

Dünya
21 sentyabr 2026 363 baxış
Təhlükəli gərginlik: ABŞ təzyiqi artırır, Rusiya geri addım atmır - AKTUAL GÜNDƏM

Təhlükəli gərginlik: ABŞ təzyiqi artırır, Rusiya geri addım atmır - AKTUAL GÜNDƏM

Dünya
21 sentyabr 2026 363 baxış
Moskva ilə Vaşinqton arasında danışıqların bərpası planlaşdırılır

Moskva ilə Vaşinqton arasında danışıqların bərpası planlaşdırılır

Dünya
21 sentyabr 2026 363 baxış
Berlinin yeni müdafiə planı Avropada ciddi suallar yaradıb

Berlinin yeni müdafiə planı Avropada ciddi suallar yaradıb

Dünya
21 sentyabr 2026 363 baxış
Seçilmişlər
icon