Türkiyə terrorçulara qarşı daha 4 ölkə ilə birləşir | Hakan Fidandan açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Region ölkələri İŞİD terror qruplaşmasına qarşı birgə fəaliyyət göstərmək və bu məqsədlə əməliyyat mərkəzi yaratmaq barədə razılığa gəliblər”.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
Onun sözlərinə görə, terrorçulara qarşı birgə mübarizə vacibdir.
“Biz region ölkələri olaraq İŞİD-ə qarşı mübarizədə qərarlıyıq. Türkiyə uzun müddətdir bu mübarizəni öz tərəfində aparır. İŞİD təkcə bir ölkəyə deyil, regionun bir çox dövlətinə zərər vurduğundan qruplaşma ilə təkbaşına mübarizə aparmaq çətindir. Ona görə də bizim bir araya gəlib güclü platforma yaratmağımız vacib idi. Bunun başlanğıcı birgə əməliyyat mərkəzinin yaradılması olacaq”, – deyə türkiyəli nazir bildirib.
Hakan Fidan əlavə edib ki, PKK regional problem olduğundan ona İŞİD-ə qarşı tətbiq olunan metodologiya və tədbirlərlə yanaşılmalıdır.
“PKK Türkiyədə bir kvadrat metr əraziyə nəzarət etməsə də, Suriyanın üçdə birini işğal edib və enerji qaynaqlarına nəzarət edir. İraqda İraq Kürdüstanında 700 kəndi, Sincar bölgəsini və bəzi başqa əraziləri işğal ediblər. Yəni bu, təkcə Türkiyənin problemi deyil”, – deyə xarici işlər naziri əlavə edib.
Qeyd edək ki, birgə əməliyyat mərkəzinin yaradılmasında Türkiyə, Suriya, İordaniya, İraq və Livan iştirak edəcək.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
