Türkiyə və İran Suriya ilə bağlı hansı kritik addımı atacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
İran xarici işlər naziri Abbas Ərağçi Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.
Sözügedən görüş Ərağçinin Suriyadan sonra Türkiyəyə səfəri çərçivəsində baş tutub.
İkitərəfli görüş zamanı tərəflər Suriyadakı gərgin vəziyyəti və ölkələrin məsələ ilə bağlı atacağı addımları müzakirə ediblər.
Türkiyə xarici işlər naziri Hakan Fidan həmkarı ilə birgə keçirdiyi mətbuat konfransı zamanı Suriyada muxalifətin tələblərinin heçə sayılmasını xəta adlandırıb.
İran və Türkiyə arasında əlaqələrin istər strateji, istərsə də iqtisadi baxımdan bundan sonra da inkişaf edəcəyini vurğulayan nazir qeyd edib ki, terror təşkilatlarına qarşı birgə mübarizə davam edəcək.
“Suriyada müharibənin alovlanmasına səbəb isə mülki şəxslərin atəşə tutmalarıdır. Bu, vətəndaş müharibəsini qızışdırdı”, – deyə Hakan Fidan bildirib.
#Türkiyə Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Azərbaycan-Türkiyə münasibətləri müzakirə olundu - Baku TV
- Hakan Fidan Prezident İlham Əliyevin qəbulunda | Detallar açıqlandı - Baku TV
- Hakan Fidan İranla bağlı nələr dedi? | Münaqişə nə vaxt bitəcək? - Baku TV CANLI
- Türkiyə ABŞ və İran arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb - Baku TV
- Türkiyə XİN husilərin Məkkəyə PUA hücumunu qətiyyətlə pislədi - Baku TV
