Türkiyə XİN başçısı Rusiyaya səfər edib | Nələr müzakirə edildi? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin xarici işlər naziri Hakan Fidanın Moskva səfəri bütün regionun diqqətindədir.
Ankara rəsmisinin qovluğundakı ilk və ən görünən başlıq Ukrayna müharibəsidir. Türkiyə müharibənin ilk illərindən həm Kiyevlə, həm də Moskva ilə dialoq kanalını açıq saxlayan azsaylı NATO ölkələrindən biridir. O, bir tərəfdən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, digər tərəfdən Rusiya ilə enerji, ticarət, turizm və regional təhlükəsizlik əlaqələrini qırmır. Məhz bu ikili xətt Türkiyəyə vasitəçi statusu qazandırır.
Rəsmi Ankara yalnız sülh çağırışı ilə kifayətlənməyərək daha praktik bir diplomatiya aparır: əsir mübadiləsi, məhdud atəşkəs, limanların və enerji obyektlərinin qorunması, Qara dənizdə gəmilərin təhlükəsiz hərəkəti. Türkiyə anlayır ki, tam sülh razılaşması hələ uzaq görünə bilər. Amma müharibənin coğrafiyasını Qara dənizə daha çox yayılmaqdan qorumaq mümkündür.
Bu gün Ankara üçün Qara dəniz həm də təhlükəsizlik xəttidir. Ukrayna müharibəsinin uzanması, tanker və enerji infrastrukturu ətrafında risklərin artması Türkiyənin şimal sərhədində yeni təhlükəsizlik narahatlığı yaradır. Ona görə də Fidanın Lavrovla danışıqlarında Qara dənizdə eskalasiyanın qarşısının alınması mütləq yer alacaq.
Türkiyə xarici işlər nazirinin səfəri bir növ regional kartların yenidən yoxlanılmasıdır. Suriya, Liviya, Yaxın Şərq, İran–İsrail gərginliyi, Rusiya–Ukrayna savaşı və Cənubi Qafqaz artıq ayrı-ayrı dosyelər deyil, vahid region siyasətinin fərqli küncləridir. Ankara da bu masada həm NATO üzvü, həm regional güc, həm də Moskva ilə danışa bilən nadir paytaxtlardan biri kimi yerini qorumağa çalışır.
Fidanın Moskva səfərindən dərhal sonra böyük sülh razılaşması gözləmək real olmaz. Amma dəqiqdir ki, Hakan Fidan Moskvaya yalnız danışıqlar aparmağa getmir. Türkiyə bu səfərlə böyük güclərə xatırladır ki, regionda diplomatik qapılar bağlananda Ankaranın siyasi tərəzisində nizam hələ də mövcuddur.
#Hakan Fidan teqi istifadə olunub
- Azərbaycan-Türkiyə münasibətləri müzakirə olundu - Baku TV
- Hakan Fidan Prezident İlham Əliyevin qəbulunda | Detallar açıqlandı - Baku TV
- Hakan Fidan İranla bağlı nələr dedi? | Münaqişə nə vaxt bitəcək? - Baku TV CANLI
- Türkiyə ABŞ və İran arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb - Baku TV
- Zelenskinin təyyarəsinə ardıcıl hücumlar edilib? | Avtobusa minənlərin diqqətinə - YENİ BİR SƏHƏR
