Pleyeri seçin:
Türkiyə XİN Ərdoğanla Əsədin Moskvada görüşü ilə bağlı xəbərləri təkzib etdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Xarici İşlər Nazirliyi Rəcəb Tayyib Ərdoğanla Bəşər Əsədin Moskvada görüşəcəyi ilə bağlı xəbərləri təkzib edib.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və suriyalı həmkarı Bəşər Əsəd arasında Moskvada planlaşdırıldığı iddia edilən görüşlə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil”.
Bu barədə yerli mətbuata Türkiyə Xarici İşlər Nazirliyinin yüksək vəzifəli nümayəndəsi məlumat verib.
“Prezidentimizin Moskvada Suriya Prezidenti Bəşər Əsədlə görüş keçirəcəyi ilə bağlı xəbərlər həqiqətə uyğun deyil”, – deyə o bildirib.
Qeyd edək ki, daha əvvəl Türkiyənin bəzi mətbuat orqanları yazıb ki, R.Ərdoğanla B.Əsəd arasında 2011-ci ildən bəri ilk görüş avqust ayında Rusiyanın paytaxtında baş tuta bilər.
Kopyalandı
#Rəcəb Tayyib Ərdoğan teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Ərdoğan Türk dünyasının birliyini pozmaq istəyənlərə səsləndi - Baku TV CANLI
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
- Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV
