Türkiyədə DİN-dən daha bir uğurlu əməliyyat | Saxlanılanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə 3 vilayətdə keçirilən “Qəfəs-32” əməliyyatı çərçivəsində mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib, 11 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında məlumat verib.
Bildirib ki, cinayətkar qruplaşmaların üzvləri Antalyanın Alanya rayonunda iş yerlərini atəşə tutub, biznesmenlərə təzyiq göstərərək pul tələb edib.
Saxlanılan şəxslər isə internet bankçılıq vasitəsilə vətəndaşların hesablarından pulu şəxsi kartlarına köçürməkdə, insanları döyməkdə və oğurlamaqda şübhəli bilinirlər.
Nazir sonda qeyd edib ki, hüquq-mühafizə orqanları ölkənin və xalqın təhlükəsizliyini pozanlara qarşı amansız mübarizə aparmağa bundan sonra da davam edəcək.
#Türkiyə DİN teqi istifadə olunub
- Kəmaləddin Heydərov türkiyəli və gürcüstanlı həmkarları ilə danışdı
- Türkiyədə növbəti dəfə güclü zəlzələ olacaq? | Sakinlər qorxu içində
- Türkiyə polisindən təcili əməliyyatlar | DİN rəhbəri detalları açıqladı
- Türkiyə Cümhuriyyəti tarixində ən böyük narkotik əməliyyatı
- 1133 nəfər saxlanıldı | Türkiyədəki qanunsuz aksiyalarda son vəziyyət
