Türkiyənin 19 vilayətində antiterror əməliyyatı keçirildi
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin 19 vilayətində separatçı terror təşkilatına qarşı keçirilən "Bozdoğan-25" əməliyyatlarında 49 şübhəli ələ keçirilib.
Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya şəxsi sosial media hesabında məlumat yayıb.
O, əməliyyatların İstanbul, Adana, Şanlıurfa, Şırnak, Ağrı, Batman, Biləcik, Ərzurum, Düzce, Ədirnə, Əskişəhər, Qaziantep, Kahramanmaraş, Kilis, Kocaeli, Manisa, Muş, Samsun və Siirtdə aparıldığını bildirib.
A.Yerlikaya qeyd edib ki, şübhəlilərin "Sosial media hesabları vasitəsilə terror təşkilatı təbliğatı aparmaq", "Terror təşkilatına üzv olmaq" və "Terror təşkilatına yardım" cinayətlərini törətdikləri müəyyən edilib.
“Əziz millətimizin bilməsini istəyirəm ki, birlik və bütünlüyümüzə qəsd edən heç bir terror təşkilatına göz açdırmayacağıq”, – deyə nazir paylaşımında vurğulayıb.
#Türkiyə DİN teqi istifadə olunub
- Kəmaləddin Heydərov türkiyəli və gürcüstanlı həmkarları ilə danışdı
- Türkiyədə növbəti dəfə güclü zəlzələ olacaq? | Sakinlər qorxu içində
- Türkiyə polisindən təcili əməliyyatlar | DİN rəhbəri detalları açıqladı
- Türkiyə Cümhuriyyəti tarixində ən böyük narkotik əməliyyatı
- 1133 nəfər saxlanıldı | Türkiyədəki qanunsuz aksiyalarda son vəziyyət
