Türkiyənin hərbi texnologiyasında uğur | Dronlara qarşı tətbiq edilən sistem necə işləyir? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin ASELSAN müdafiə sənayesi şirkəti pilotsuz uçuş aparatlarına qarşı mübarizə aparan "Ejderha" sisteminin uğurla sınaqdan keçirildiyini açıqlayıb.
Sistem güclü elektromaqnit şüalanması vasitəsilə eyni vaxtda 51 dronu bir neçə saniyə ərzində zərərsizləşdirə bilir. Bu barədə "TRT Haber" telekanalı məlumat yayıb.
Bildirilib ki, sınaqların birinci mərhələsində sistem təxminən 1000 metr məsafədə kabellə idarə olunan iki dronu sıradan çıxarıb. İkinci mərhələdə isə "Ejderha" eyni vaxtda havaya qalxan 51 drondan ibarət dəstəni zərərsizləşdirib.
Şirkətin açıqlamasına görə, sistem dronların elektron komponentlərini güclü elektromaqnit dalğaları ilə hədəf alır. Bu texnologiya raket və ya digər sursatlardan istifadə etmədən dronların fəaliyyətinin pozulmasına, onların yenidən işə salınmasına və ya tamamilə sıradan çıxarılmasına imkan verir.
ASELSAN-ın baş direktoru Ahmet Akyol sınağı şirkət üçün mühüm nailiyyət adlandırıb. O, "Ejderha" sisteminin artıq istifadəyə verildiyini və kütləvi istehsalına başlanıldığını açıqlayıb. Sistem Türkiyənin çoxqatlı "Polad Günbəz" hava hücumundan müdafiə sisteminin tərkib hissəsi olacaq.
#Türkiyə teqi istifadə olunub
- Xaricdə əmlak almaq investisiya baxımından sərfəlidirmi?
- Türkiyədə mənzil almazdan əvvəl bunları bilin | Ekspert vacib məqamlardan danışdı - Baku TV
- Ərdoğan və Qətər Əmiri hansı mühüm sazişlərə imza atdılar? - Baku TV
- Türkiyə və Qətər arasında hansı mühüm razılaşma əldə olundu? - Baku TV CANLI
- Türkiyədə dəhşətli hadisə | Hərbi helikopter qəzaya uğrayıb - Baku TV
