Ukrayna ABŞ-yə sülh planını yenidən təqdim edib
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna ABŞ-yə sülh planının yenilənmiş variantını təqdim edib.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərin suallarını cavablandırarkən bildirib.
O qeyd edib ki, hazırkı variant Kiyev və Avropanın mövqelərini əks etdirmir, lakin bu son versiya da deyil. Orijinal 28 bəndlik plan 20 bəndə endirilib və redaktə prosesi davam edir. Bu 20 bənd iqtisadiyyat, bərpa və təhlükəsizlik zəmanətləri ilə bağlı əlavə sənədlərin hazırlanması üçün təməl təşkil edir.
Zelenski həmçinin ABŞ-nin Ukraynaya Donbasla bağlı bir sıra təkliflər etdiyini deyib. Belə ki, Ukrayna Silahlı Qüvvələri Donbasdan geri çəkilməli və bölgədə Rusiya qoşunlarının iştirakı olmadan "demilitarizasiya zonası", yaxud "azad iqtisadi zona" yaradılmalıdır.
Bu plana görə, Ukrayna qoşunları ərazinin bu hissəsində, rus qoşunları isə onun kənarında qalacaq. Zelenski bu kontekstdə Kiyevin Donbasla bağlı mövqeyinin dəyişməz olduğunu vurğulayıb.
"Donetsk vilayətində "azad iqtisadi zona" ya gedəcəyikmi sualına Ukrayna xalqı cavab verəcək", – deyə Volodimir Zelenski bildirib.
O, seçkilərlə bağlı da bir sıra mövzulara toxunub.
"Mən hərbi vəziyyətdə seçkilərin keçirilməsini dəstəkləməyə hazıram. Müvafiq siqnal ABŞ-dən gəlib, lakin Kiyev zəiflik göstərməməli və seçkilərin olmaması fonunda manipulyasiya üçün səbəb verməməlidir. Buna görə də şübhəsiz ki, seçkilərin tərəfdarıyam. Ən başlıcası, seçkilərin qanuni keçirilməsidir", – deyə Zelenski fikrini yekunlaşdırıb.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
