Pleyeri seçin:
Ukrayna Baş Kəşfiyyat İdarəsindən iddia
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya təhlükəsizlik orqanlarına “Vaqner” Xüsusi Hərbi təşkilatının rəhbəri Yevgeni Priqojini öldürmək tapşırılıb”.
Bu iddia ilə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov çıxış edib. Onun sözlərinə görə, bu, asan məsələ deyil, buna görə də bir az vaxt aparacaq.
“Təhlükəsizlik orqanlarının bunu bacarıb-bacarmayacaqları təbii ki, sual altındadır”, – deyən Budanov bildirib ki, Ukrayna kəşfiyyatı belə bir silahlı qiyamın baş verəcəyindən xəbərdar idi.
“Rusiya daxilində sabitliyi pozmağa yönəlmiş hərəkətlər Ukrayna üçün faydalıdır. Lakin proses uzun çəkmədi. Buna görə də qiyamın müharibəyə təsirindən danışmaq olmaz”, – deyə o vurğulayıb.
Kopyalandı
#Kirill Budanov teqi istifadə olunub
- Ukraynanın sülh danışıqlarına hazırlığı oktyabr ayında tamamlana bilər - Baku TV
- "Rusiya-Ukrayna arasında müsbət dinamika müşahidə olunur" | Kirill Budanov - Baku TV
- ABŞ nümayəndə heyəti Kiyevə səfər edəcək?
- Rəsmi Kiyev Əbu-Dabidəki danışıqları konstruktiv adlandırdı
- “Forbes”dən Budanov barədə maraqlı məlumat
