Ukrayna ərazi güzəştləri baxımından mövqeyini özü müəyyən etməlidir | Ceyk Sallivan
Yeniliklərdən dərhal xəbərdar olun
“Avropa ölkələri mümkün atəşkəsi qorumaq üçün Ukraynaya qoşun yeridə bilər”.
Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.
“Bu günə qədər hansı ölkələrin öz ordusunu Ukraynaya göndərməyə hazır olduğu müzakirə olunurdu, məncə, heç nəyi istisna etmək olmaz”, – deyə diplomat bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı öz silahlı qüvvələrini bu ölkəyə göndərməklə Ukraynada atəşkəsin qorunmasında iştirak edə bilər.
Bu arada, Ağ Ev Ukraynanın ərazi güzəştlərinin mümkünlüyünə münasibət bildirib.
“Ukrayna Rusiya ilə sülh əldə etmək üçün ərazi güzəştləri baxımından mövqeyini özü müəyyən etməlidir”. Bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
“Mənim fikrimcə, əsas məqam ondan ibarətdir ki, Ukrayna özü öz müqəddəratını təyin etməlidir. Həll yolu kənardan, o cümlədən Vaşinqton tərəfindən tətbiq edilməməlidir”, – deyə C.Sallivan bildirib.
O qeyd edib ki, Vaşinqton Kiyevlə fəal qarşılıqlı əlaqədə olur, gələcək danışıqların mümkün formatını müzakirə edir.
#Avropa ölkələri teqi istifadə olunub
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Antonio Koşta Qara dənizdə gəmilərə endirilən zərbələri pisləyib
- ABŞ və Avropadakı etirazlar nə ilə fərqlənir? - 50 ştatda Trampa qarşı aksiyalar - Baku TV
- Sosial və iqtisadi problemlər Avropanın müxtəlif ölkələrində etirazları gücləndirir - Baku TV CANLI
