Ukrayna hava məkanını gücləndirmək üçün... | Zelenski ABŞ ilə bağlı nə istəyir?
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski istəyir ki, İtaliya Baş naziri Ciorcia Meloni “Patriot” hava hücumundan müdafiə sistemlərinin Kiyevə təhvil verilməsi ilə bağlı Vaşinqtonla danışıqlarda vasitəçilik etsin.
Bu barədə “Messaggero” nəşri mənbələrə istinadla məlumat yayıb.
“Zelenski Meloni ilə Çernobbio iqtisadi forumunda görüşüb. Ukrayna lideri avadanlıqların Kiyevə ötürülməsi məsələsində Romanın vasitəçi roluna ümid edir. O, Meloninin ABŞ-dəki seçkilərdən əvvəl Vaşinqtonu əhəmiyyətli sayda “Patriot”lar təhvil verməyə məcbur etməsini istəyib”, – məlumatda bildirilib.
Məlumata görə, tərəflər arasında Ukraynaya iyunda təhvil verilməli olan, lakin tədareke təxirə salınan “SAMP-T” HHM sistemləri ilə bağlı da müzakirələr aparıb.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
