Ukrayna hər şeyi sübut etdi, Çin isə... | Müharibə barədə qalmaqallı xəbər
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Rusiya silahlarında Çin detallarının olduğunu sübut edən məlumatları təqdim etdikdən sonra Pekindən heç bir cavab almayıb.
Bu barədə Ukrayna Prezidentinin sanksiya siyasəti üzrə səlahiyyətli nümayəndəsi Vladislav Vlasyuk bildirib.
Ukraynalı rəsminin sözlərinə görə, Ukrayna Çinlə etibarlı ticarət tərəfdaşı kimi əməkdaşlığı yüksək qiymətləndirir və Pekinin Rusiya hərbçilərinə ölümcül silah verməmək qərarına hörmətlə yanaşır.
Vlasyuk əlavə edib ki, Çin istehsalı olan komponentlərin Rusiyanın silahlarında istifadəsi mövzusunda Çin nümayəndələri ilə bir sıra məsləhətləşmələr aparılıb:
“Bir tərəfdən, məsələ tamamilə ciddi qəbul olunur, yəni Çin hökuməti belə miqdarda kritik komponentlərin Rusiyanın hərbi-sənaye kompleksinə çatmasına imkan verməməlidir. Digər tərəfdən isə biz onlara təqdim etdiyimiz məlumat əsasında apara biləcəkləri istənilən araşdırmanın nəticəsinə dair heç vaxt cavab almamışıq”.
Onun sözlərinə görə, Rusiyanın Kiyevə endirdiyi iri zərbələrdən birindən sonra mütəxəssislər bu il iyun ayında Çin zavodunda istehsal olunmuş ehtiyat hissələrini müəyyən edə biliblər.
Bildirilib ki, Ukrayna tərəfi həmin detalların məhz Çində istehsal olunduğunu sübut edən dəlilləri Pekinə təqdim edib, lakin Çin diplomatları buna dair heç bir izahat verməyiblər. Bundan sonra Ukrayna beş Çin istehsalçısına qarşı sanksiya tətbiq etmək qərarı verib.
#Çin teqi istifadə olunub
- Pekində fəlakət bölgəsində xilasetmə və bərpa işləri gücləndirilir
- H2-X avtomobil qaldırır, mürəkkəb hərəkətlər edir
- 3690 metr uzunluğundakı tras meşəlik dərələrdən keçir
- Çində baş tutacağı gözlənilən üçtərəfli görüş müsbət nəticələnə bilərmi? - ƏSAS XƏBƏR
- ABŞ-nin Mərkəzi Asiya planında Azərbaycana hansı rol ayrılır? - AKTUAL GÜNDƏM
