Pleyeri seçin:

Ukrayna kimə möhtac qaldı? - Trampın sülh planı iflasa uğradı?

02 aprel 2025 550 baxış

ABŞ yaxın bir neçə ayda Rusiya-Ukrayna savaşında sülh sazişinə nail ola bilməyəcək.

“Reuters”in məlumatına görə, Donald Tramp Administrasiyasının yüksəkvəzifəli nümayəndələri bu fikirdədirlər. Bu istiqamətdə Kiyev və Moskvaya yeni təzyiq rıçaqları hazırlanır.

Qeyd edək ki, D.Tramp prezidentliyinin ilk dönəmlərində onun Administrasiyası aprel-may aylarında Ukrayna cəbhəsində tam atəşkəsə nail olmaq istəyirdi. Buna görə də vasitəçilik etməyə başladılar. Lakin razılaşmalardan heç biri etibarlı görünmür və 3 illik savaş daha da uzana bilər.

Belə olan təqdirdə isə Ukraynanın Qərb ehtiyacları artır. Çünki hərbi əməliyyatlara şəxsi heyətlə yanaşı, silah-sursat da lazımdır. Halbuki Donald Tramp seçkiqabağı kampaniyasında konflikti yekunlaşdıracağını söz verirdi. Bu vədlər andiçmədən sonra da təkrarlandı.

Danışıqların uzandığı vaxtda isə demək olar ki, hər çıxışında “mən hakimiyyətdə olsaydım, bu savaş başlamazdı” sözləri ilə Co Baydenin özündən sonra qoyduğu “Qordi düyünü”nə diqqət çəkir.

Hər halda onun Vladimir Putinlə ilıq münasibətləri çox adamı sülhə ümidləndirmişdi. Rusiya Prezidenti isə tutduğundan əl çəkmir. Ağ Ev və Dövlət Departamentinin rəsmilərinin sözləri ilə desək, V.Putin Vaşinqtonun sülh cəhdlərinə müqavimət göstərir.

İqtisadi sanksiyalar da onu qorxutmur. Rusiya onsuz da Amerikada Co Baydenin hakimiyyət illərində sanksiyalara qarşı immunitet qazanıb.

D.Trampa gəlincə isə o daha əvvəl sülh mövzusunda Vladimir Putinə güvəndiyini desə də, son vaxtlar Ağ Ev Kremlə qarşı ehtiyatını əldən verməməyə başlayıb. Hətta D.Trampın gömrük rüsumlarının artırılması siyasəti Rusiyanın da başının üzərini ala bilər. Çünki V.Putinin “maksimalist tələbləri” Birləşmiş Ştatlara sərf etmir.

Avropa ilə Ukrayna da bu tələblərlə razılaşmayacaq. Söhbət NATO-nun Avropa, xüsusən də Rusiya ilə sərhəddəki fəaliyyətinin azaldılması, Ukraynaya sülhməramlı göndərilməməsindən gedir. Rusiyanın zəbt olunan ərazilərdən də çıxmaq fikri yoxdur.

Danışıqların uğursuzluğuna örnək kimi isə enerji infrastrukturlarının hədəf alınmaması və Qara dənizdəki atəşkəslə bağlı razılaşmaların pozulmasını göstərmək olar. Bütün bunlara görə ekspertlər yayda da Ukraynanın qaynar nöqtə kimi qalacağını düşünürlər. 

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 550 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 550 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 550 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 550 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 550 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 550 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 550 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 550 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 550 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 550 baxış
Seçilmişlər
icon