Ukrayna məsələsi aranı qatdı | Berlindən Makrona cavab
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniyanın müdafiə naziri Boris Pistorius Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya yardımla bağlı qorxaqlıqdan əl çəkmə çağırışını, eləcə də Kiyevə qoşun göndərilməsi bəyanatını tənqid edib.
Bu barədə “Tagesschau” məlumat yayıb.
“Məncə, quru qoşunlarının göndərilməsi və ya cəsarətlə bağlı müzakirələrə ehtiyacımız yoxdur. Diqqəti ən aktual problemlərə yönəltməliyik. Məsələn, sənayenin istehsal gücünün səmərəli və sürətlə artırılmasına, artilleriya və hava hücumundan müdafiə sistemləri üçün sursat istehsalına”, – o bildirib.
B.Pistorius əlavə edib ki, bu cür mübahisələr Ukraynanın üzləşdiyi problemlərin həllinə kömək etmir.
Qeyd edək ki, ötən gün Makron Praqada yaşayan fransalı mühacirlərlə görüşündə Ukraynadakı münaqişədən danışaraq Kiyevə yardımda qorxaq olmamağa çağırıb.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
