Pleyeri seçin:

Ukrayna "B" planını işə salır | Podolyak “Baku TV”yə danışdı

27 dekabr 2023 426 baxış

Son vaxtlar ABŞ-dən və bəzi Avropa ölkələrindən Ukraynaya yardımların ləngiməsi ölkədə gedən genişmiqyaslı müharibə səbəbindən ciddi müzakirələrə səbəb olub.

Rəsmi Kiyev isə işğal olunan ərazilər azad edilənə qədər savaşın davam edəcəyini bildirərək, “B” planı olduğunu açıqlayıb.

Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak Baku TV-nin Şərqi Avropa bürosuna açıqlamasında sözügedən “B” planı barədə danışıb.

O bildirib ki, Ukrayna üçün “B” planı iqtisadiyyatın stimullaşdırılması, dövriyyədə olan maliyyə vəsaitinin artırılmasıdır:

“Bu gün biz artıq hərbi istehsal daxil olmaqla müəyyən sahələrin inkişafına şahid oluruq. Söhbət daxili bazarda əldə olunan pullardan gedir. Ukraynada xidmət sektoru da inkişaf edir. Yəni ölkə müharibə şəraitinə uyğunlaşıb. İqtisadiyyatımız daxili bazardan daha çox gəlir əldə edir. Buna uyğun olaraq, maliyyə vəsaiti indi iqtisadiyyatın əsas sahələrinə yatırılır. Buraya ilk növbədə, hərbi istehsal, bu sahədə lokomotiv rolunu oynayan pilotsuz uçuş aparatlarının istehsalı daxildir. Bundan başqa, söhbət həm də raket, mərmi və artilleriya və s. istehsalından gedir.

Bütün bunlarla yanaşı, mühəndislik və təmir sektoru da inkişaf edir. Tərəfdaşlarımızla razılaşacağıq ki, müharibənin genişmiqyaslı, intensiv olması səbəbindən hərbi texnikaların çox tez sıradan çıxdığına görə, təmir işləri Ukrayna ərazisində aparılsın. Bu da iqtisadiyyatın canlanmasına yardım göstərəcək.

Tranzit dəhlizləri, yəni yüklərimizi hara və necə göndərə biləcəyimizlə bağlı düşüncələrimiz var. Həm dəniz yolu, həm də quru yol ilə keçən dəhlizlər var. Bu məsələ ilə bağlı müəyyən müzakirələr gedir. Məsələn, Qərb, xüsusən də Polşa ilə sərhədimizi götürsək, bu istiqamətdə müəyyən müzakirələrin getdiyini söyləyə bilərik. Bütün bunlar öz həllini tapır və biz ixrac-idxal axınının artmasına, iqtisadiyyatın canlanmasına nail oluruq”.

Podolyak onu da qeyd edib ki, Prezident Zelenskinin ABŞ-yə səfərindən sonra Vaşinqtonun yanvardan yardımları davam etdirəcəyi real gözləntidir.

Əbu-Dabidə üçtərəfli görüş keçirilə bilər

Əbu-Dabidə üçtərəfli görüş keçirilə bilər

Dünya
25 sentyabr 2026 426 baxış
ABŞ-nin Əbu-Dabidə təklif etdiyi üçtərəfli texniki görüş nə vaxt keçirilə bilər? - Baku TV CANLI

ABŞ-nin Əbu-Dabidə təklif etdiyi üçtərəfli texniki görüş nə vaxt keçirilə bilər? - Baku TV CANLI

Dünya
25 sentyabr 2026 426 baxış
Artım avropalı sürücülərə gündəlik 203 milyon avroya başa gəlir

Artım avropalı sürücülərə gündəlik 203 milyon avroya başa gəlir

Dünya
25 sentyabr 2026 426 baxış
Çinin peyk görüntüləri ilə bağlı iddialara Pezeşkian nə cavab verdi? - Baku TV CANLI

Çinin peyk görüntüləri ilə bağlı iddialara Pezeşkian nə cavab verdi? - Baku TV CANLI

Dünya
25 sentyabr 2026 426 baxış
Vaşinqton və Tehran mərhələli razılaşma variantını nəzərdən keçirir

Vaşinqton və Tehran mərhələli razılaşma variantını nəzərdən keçirir

Dünya
25 sentyabr 2026 426 baxış
NATO ölkələri Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edir - Baku TV

NATO ölkələri Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edir - Baku TV

Dünya
25 sentyabr 2026 426 baxış
6100 dollarlıq Həcc paketi bahalaşacaq? | Bu stansiyalar 01:00-a qədər açıq olacaq - YENİ BİR SƏHƏR

6100 dollarlıq Həcc paketi bahalaşacaq? | Bu stansiyalar 01:00-a qədər açıq olacaq - YENİ BİR SƏHƏR

Dünya
25 sentyabr 2026 426 baxış
Ermənistan Qərbə yönəldiyi vaxtda İranla maraqlarını necə balanslaşdıracaq? - Baku TV

Ermənistan Qərbə yönəldiyi vaxtda İranla maraqlarını necə balanslaşdıracaq? - Baku TV

Dünya
25 sentyabr 2026 426 baxış
Rusiyanın mühasirəyə almağa çalışdığı bölgədə nələr baş verir? - Baku TV

Rusiyanın mühasirəyə almağa çalışdığı bölgədə nələr baş verir? - Baku TV

Dünya
25 sentyabr 2026 426 baxış
Vaşinqton Avropadakı müharibəni bitirə biləcəkmi? | Zelenski ABŞ-də nələrdən danışdı? - Baku TV

Vaşinqton Avropadakı müharibəni bitirə biləcəkmi? | Zelenski ABŞ-də nələrdən danışdı? - Baku TV

Dünya
25 sentyabr 2026 426 baxış
Seçilmişlər
icon