Pleyeri seçin:

Ukrayna-Rusiya gərginliyi daha da artdı | Döyüşlər dayandırılacaq, yoxsa...?

18 noyabr 2024 322 baxış

“Rusiya o mövqedən çıxış edir ki, ATACMS raketləri ilə Rusiya Federasiyasının dərinliklərinə hücum etmək qərarı keyfiyyətcə yeni gərginlik mərhələsi deməkdir”.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Əgər belə bir qərar həqiqətən verilibsə və Kiyev rejiminə çatdırılıbsa, əlbəttə ki, bu, keyfiyyətcə yeni gərginlik mərhələsidir və ABŞ-nin bu münaqişədə iştirakı baxımından keyfiyyətcə yeni vəziyyətdir”, – deyə Kremlin sözçüsü vurğulayıb.

D.Peskov bildirib ki, Co Bayden başda olmaqla hakimiyyətdən gedən ABŞ administrasiyası Ukraynadakı münaqişəni qızışdırmaqda davam edir.

“Aydındır ki, Vaşinqtonda hakimiyyətdən gedən administrasiya bu münaqişə ətrafında gərginliyi daha da qızışdırmaqla atəşə yağ tökmək üçün addımlar atmaq niyyətindədir”, – deyə D.Peskov bildirib.

Rusiya Prezidentinin mətbuat katibi qeyd edib ki, Rusiyanın dərinliklərinə zərbələri Ukrayna deyil, yalnız Qərb ölkələri endirə bilər. Kreml rəsmisi Ukraynadakı münaqişənin dondurulma ehtimalından da danışıb. O bildirib ki, Ukraynada münaqişənin dondurulması Rusiya üçün qəbuledilməzdir.

“Döyüş xətti boyunca bir növ dondurma variantı, əlbəttə ki, Rusiya tərəfi üçün bu apriori qəbuledilməzdir. Belə olan halda Prezident Vladimir Putin tərəfindən formalaşdırılan iyun şərtləri öz aktuallığını tam saxlayır. Döyüşləri dayandırmaq üçün bunu bərpa etmək lazımdır”, – deyə D.Peskov bildirib.

Banner
Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Dünya
07 noyabr 2026 322 baxış
Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Dünya
07 noyabr 2026 322 baxış
Vaşinqton və Tehran arasında buzlar əriyir?

Vaşinqton və Tehran arasında buzlar əriyir?

Dünya
07 noyabr 2026 322 baxış
Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Dünya
07 noyabr 2026 322 baxış
980 mindən çox vətəndaş qonşu Çada qaçıb

980 mindən çox vətəndaş qonşu Çada qaçıb

Dünya
07 noyabr 2026 322 baxış
Eksperimental təyyarələr ictimaiyyətə təqdim olundu

Eksperimental təyyarələr ictimaiyyətə təqdim olundu

Dünya
07 noyabr 2026 322 baxış
“Müharibənin davam etməsini istəyənlərin maraqlarına xidmət edir” | İtaliya Baş naziri

“Müharibənin davam etməsini istəyənlərin maraqlarına xidmət edir” | İtaliya Baş naziri

Dünya
07 noyabr 2026 322 baxış
Avropanın varlı ölkəsində mütəxəssis qıtlığı

Avropanın varlı ölkəsində mütəxəssis qıtlığı

Dünya
07 noyabr 2026 322 baxış
Makkenzi 190 uşağı aclıqdan öldürməkdə ittiham edilir

Makkenzi 190 uşağı aclıqdan öldürməkdə ittiham edilir

Dünya
07 noyabr 2026 322 baxış
İki sərnişin təyyarəsini qırıcılar müşayiət etdi

İki sərnişin təyyarəsini qırıcılar müşayiət etdi

Dünya
07 noyabr 2026 322 baxış
Seçilmişlər
icon