Ukrayna Rusiyanı belə çökdürəcək? - Sensasiya yaradan plan ortaya çıxdı
Yeniliklərdən dərhal xəbərdar olun
Gələn həftə Ukrayna Avropa İttifaqı ilə Moskvanı təcrid etmək üçün yeni, genişmiqyaslı addımlar, o cümlədən Rusiya aktivlərinin müsadirəsi və Rusiya neftinin alıcılarına qarşı sanksiyaların tətbiqi barədə müzakirələrə başlayacaq.
Məlumatı “Reuters” yayıb. Bildirilir ki, bu, ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyaları sərtləşdirməkdən imtina etməsi fonunda və ona cavab olaraq atılacaq addımdır.
Nəşr qeyd edib ki, Aİ-yə veriləcək sənəd ABŞ-nin bu prosesdə rolu qeyri-müəyyənləşdiyi üçün Rusiyaya qarşı sanksiyalarla bağlı daha aqressiv və müstəqil mövqe nümayiş etdirməyə çağırır.
40 səhifəlik sənəddə Rusiya aktivlərinin müsadirəsi və Ukraynaya çatdırılmasını təmin edəcək qanun layihəsi də var. Sanksiya altında olanlar daha sonra Rusiyadan təzminat tələb edə biləcəklər.
Aİ sanksiyaların öz ərazisindən kənarda daha sərt tətbiqini təmin etmək üçün bir sıra addımları nəzərdən keçirməlidir, o cümlədən onun texnologiyasından Rusiyaya kömək üçün istifadə edən xarici şirkətləri hədəfə almaq və “Rusiya neftinin alıcılarına ikinci dərəcəli sanksiyalar tətbiq etmək”:
“Hindistan və Çin kimi böyük alıcıları vura biləcək bu cür ikinci dərəcəli sanksiyalar Avropanın indiyə qədər atmaqda tərəddüd etdiyi böyük addım ola bilər”.
Sənəd həm də sanksiyaların elə mexanizmini nəzərdə tutur ki, ayrı-ayrı Aİ-yə üzv dövlət tərəfindən bloklana bilməsin.
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
