Ukrayna Rusiyanın ərazilərini PUA-larla atəşə tutdu | Müharibədə son vəziyyət
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Silahlı Qüvvələri Rusiya ərazilərinə edilən hücumlarına davam edir.
Avqustun 15-dən 16-na keçən gecə ordu PUA-lardan istifadə etməklə Belqorod vilayətinə hücum edib.
Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov teleqram kanalında məlumat yayıb. Bildirib ki, nəticədə Qrafovka kəndinə ziyan dəyib.
Onun sözlərinə görə, drondan atılan partlayıcı qurğu mülki obyektlərdən birinə düşüb. Nəticədə iki avtomobil tamamilə yanıb. Həmçinin iki fərdi evin pəncərələri sınıb, dam örtüyü, fasad və hasarlar dağılıb.
Eyni zamanda Belqorodun Qorkovski, Bezımeno, Dronovka, Dunayka və Poroz kəndləri də PUA-ların hücumuna məruz qalıb. Hadisə nəticəsində 5 mülki şəxs yaralanıb, iki fərdi yaşayış evinə, iki avtomobil və bir obyektə ziyan dəyib.
#Belqorod vilayəti teqi istifadə olunub
- Belqoroda kütləvi dron hücumu | Yaralıların arasında uşaqlar da var - Baku TV
- Rusiyaya şiddətli zərbə | Ölən və yaralananlar var
- Rusiyanın cavabı Kiyevə hücum oldu | Zərər çəkənlərdən azərbaycanlılar da var
- Belqorod atəşə tutuldu | Ölən və yaralananlar var
- Ukrayna Rusiyanı PUA-larla atəşə tutdu | Rusiyadan gözlənilməz cavab zərbəsi
