Ukrayna üçün faciə yaxınlaşır | Pentaqon Trampın dediklərini səhv çıxardı
Yeniliklərdən dərhal xəbərdar olun
Pentaqonun Ukraynaya hərbi yardımın dayandırılması barədə qərarı yalnız Ukraynada daha çox insanın həlak olmasına səbəb olmayacaq, həm də Donald Trampın bir həftə əvvəl verdiyi vədlərə ziddir.
Bu barədə “Hill” nəşri ABŞ Konqresinin Demokratlar Partiyasından olan üzvlərinə istinadən yazıb.
Nəşr xatırladıb ki, yardımın dayandırılması barədə qərarı Pentaqonun siyasi şöbəsinin rəhbəri Elbric Kolbi qəbul edib.
“Cənab Kolbi Ukraynaya hərbi yardımın əleyhinə çıxış etmişdi və hətta Rusiyanın hərəkətlərini Ukraynanın “işğal”ı kimi tanımaqdan imtina etmişdi. İndi ukraynalı hərbçilərin və mülki şəxslərin qaçılmaz şəkildə həlak olması ilə nəticələnəcək addımlar atır”, – deyə Nümayəndələr Palatasının üzvü, demokrat Marsi Kaptur bildirib.
O vurğulayıb ki, Ukraynadakı “Patriot” sistemləri hər gün insan həyatını xilas edir.
#Hərbi yardım teqi istifadə olunub
- Kiyevin zərbə imkanlarını artırmaq üçün Britaniyadan yeni raket tədarükü gözlənilir
- Vaşinqtonun hərbi yardım paketində “Patriot” raketləri nəzərdə tutulmayıb - Baku TV
- Ukrayna hava müdafiəsini gücləndirmək üçün Avropadan yeni dəstək istəyir
- Ukraynaya səfər edən liderlərdən Kiyevə dəstək mesajı - Baku TV CANLI
- Kiyevə yeni hərbi yardım paketi ayrıldı
