Ukrayna üçün "qara qış" | Ölkə Rusiyanın raketlərindən qoruna bilməyəcək? - HƏRBİ XRONİKA
Yeniliklərdən dərhal xəbərdar olun
“Hərbi Xronika”nın budəfəki buraxılışında Rusiya-Ukrayna müharibəsində Kiyevin hava hücumundan müdafiə imkanları, “Patriot” raketlərinin çatışmazlığı və Ukraynanın bu problemdən çıxmaq üçün həyata keçirdiyi yeni strategiyalar təhlil olunub.
Bildirilib ki, Rusiyanın artan raket və PUA zərbələri fonunda Ukraynanın ballistik raketlərə qarşı əsas müdafiə vasitəsi olan “Patriot” sistemlərinin “PAC-3 MSE” raketləri tükənmək üzrədir. ABŞ-də istehsalın artırılması planlaşdırılsa da, illik 2 min raketlik gücə yalnız 2030-cu ilin sonunda çatılması gözlənilir.
Qeyd olunub ki, SAMP/T, NASAMS və IRIS-T kimi sistemlər, eləcə də interseptor dronlar “Patriot” çatışmazlığının müəyyən hissəsini kompensasiya edə bilər. Bununla yanaşı, Ukrayna Rusiyanın raket istehsal və saxlanma imkanlarını zəiflətmək üçün “Flamingo”, “FP-1” və “FP-2” kimi uzaqmənzilli silahlardan istifadə edir.
Vurğulanıb ki, Kiyev paralel olaraq yerli ballistik və antiballistik sistemlər yaratmağa çalışır. Lakin bütün bu tədbirlərə baxmayaraq, qarşıdakı qış aylarında “Patriot” raketlərinin çatışmazlığı Ukraynanın hava hücumundan müdafiəsi qarşısında ciddi risk olaraq qalır.
#Patriot raket sistemləri teqi istifadə olunub
- Bahalı raketlər və qlobal qıtlıq Ukraynanın hava müdafiəsini çətin vəziyyətə salır
- NATO-nun şərq cinahının müdafiəsini gücləndirmək üçün yeni addımlar atılır - Baku TV CANLI
- Vaşinqtonun hərbi yardım paketində “Patriot” raketləri nəzərdə tutulmayıb - Baku TV
- Zelenskinin "Patriot" raketləri ilə bağlı istəyi qarşılığında Tramp nə tələb edir? - Baku TV
- Tramp Zelenskinin “Patriot” istehsalı planına razılıq verir? - Baku TV CANLI
