Pleyeri seçin:

“Ukrayna üçün vəziyyət pisləşir” | Sülh planı iflasa uğrayır, yoxsa...?

27 noyabr 2025 343 baxış

ABŞ Ordusunun katibi Den Driskol Kiyevə səfər zamanı cəbhədəki vəziyyətlə bağlı bədbin proqnozlar verib. Məqsəd Ukraynaya sülh planının 28 bəndlik versiyasını qəbul etdirmək olub.

Bu barədə “NBC News” məlumat yayıb.

“Ukrayna Silahlı Qüvvələri üçün vəziyyət pisləşir. Rusiya hava hücumlarını artırıb. Çünki müharibənin uzadılması üçün Rusiyanın kifayət qədər resursları var. Ukrayna üçün gözləmək daha zəif hala düşməkdir”, – deyə D.Driskolun ukraynalı məmurlara xəbərdarlıq etdiyi bildirilir.

Digər tərəfdən ABŞ-nin müdafiə sənayesi daha Ukraynanı Hava Hücumundan Müdafiə sistemləri və sursatla təmin edə bilmir. D.Driskolun Kiyevə mesajı “siz uduzursunuz və razılaşmanı qəbul etməlisiniz” kimi yozulub.

ABŞ-nin dövlət katibi Marko Rubio “NBC News”un bu xəbərinə mövqe bildirib. M.Rubio özünün “X” hesabında bəyan edib ki, bu xəbər feyk və uydurmadır. Onun fikrincə, belə dezinformasiyaların yayılmasına səbəb Tramp Administrasiyasındakı fikir ayrılığıdır.

CNN-də yayılan məqalədə isə ABŞ-nin sülh planında Ukraynanın razılaşmadığı 3 əsas bəndə yer verilib. Birincisi, Ukrayna Donbası Rusiyanın nəzarətinə vermək istəmir. Çünki Ukraynanın şərqində elə yerlər var ki, Rusiya həmin əraziləri tam işğal edə bilməyib. İkinci razılaşdırılmayan bənd Ukrayna Ordusunun məhdud sayda olması ilə bağlıdır. ABŞ 600 min hərbçi təklif etdiyi halda Kiyev daha böyük orduya sahib olmaq istəyir. Bu mövzuda danışıqlar davam edir və razılıq əldə olunmayıb. Üçüncü məsələ Ukraynanın NATO-ya üzvlükdən imtina etməsidir. Ukraynalıların fikrincə, bu təklif gələcəkdə Rusiyaya Alyansın genişlənməsinə veto qoymaq hüququ verə bilər.

Banner
Dünyanın gözü növbəti 48 saatda: Genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər? - AKTUAL GÜNDƏM

Dünyanın gözü növbəti 48 saatda: Genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər? - AKTUAL GÜNDƏM

Dünya
07 noyabr 2026 343 baxış
Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI

Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI

Dünya
07 noyabr 2026 343 baxış
Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb

Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb

Dünya
07 noyabr 2026 343 baxış
ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI

ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI

Dünya
07 noyabr 2026 343 baxış
ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

Dünya
07 noyabr 2026 343 baxış
İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

Dünya
07 noyabr 2026 343 baxış
Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Dünya
07 noyabr 2026 343 baxış
Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Dünya
07 noyabr 2026 343 baxış
Vaşinqton və Tehran arasında buzlar əriyir?

Vaşinqton və Tehran arasında buzlar əriyir?

Dünya
07 noyabr 2026 343 baxış
Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Dünya
07 noyabr 2026 343 baxış
Seçilmişlər
icon