Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü
Mayamidə Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar başlayıb.
Bu barədə "X" sosial şəbəkəsində Ukraynanın danışıqlar qrupunun rəhbəri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov məlumat verib.
"ABŞ-də artıq Ukrayna nümayəndə heyətinin amerikalı tərəfdaşlarla görüşü başlayıb. Görüşün məqsədi ədalətli sülhə nail olmaq üçün atılacaq addımları müzakirə etməkdir. Mən Ukrayna Prezidenti ilə daimi əlaqədəyəm. Bizim aydın istiqamətlərimiz və prioritetlərimiz var: Ukraynanın maraqlarının qorunması, məzmunlu dialoqun təmin edilməsi və Cenevrədə əldə olunan irəliləyiş əsasında prosesin inkişafı", – deyə R.Umerov bildirib.
Onun sözlərinə görə, nümayəndə heyəti Kiyev üçün "həqiqi sülh və etibarlı, uzunmüddətli təhlükəsizlik təminatları" üzərində işləyir.
Görüşün əvvəlində ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, sülh sazişi Ukraynanı suveren, müstəqil və inkişaf edən bir dövlət kimi saxlayacaq.
"Burada məsələ sadəcə müharibənin başa çatması deyil, söhbət müharibənin elə bir şəkildə başa çatmasından gedir ki, bu onların müstəqil və suveren olaraq qalmasına, bir daha müharibə yaşamamasına və xalq üçün böyük rifah yaratmasına imkan verəcək mexanizm və yol açır. Bu, sadəcə, ölkəni bərpa etmək deyil, fövqəladə iqtisadi tərəqqi dövrünə daxil olmaq deməkdir. Ukraynanın böyük iqtisadi potensialı, həqiqi rifah üçün geniş imkanları var.
Aydındır ki, bunu müharibənin qızğın vaxtında əldə etmək mümkün deyil, lakin müharibənin bitməsi də kifayət etməyəcək. Ona görə də söhbət sadəcə sülh sazişlərindən deyil, Ukraynanı suveren, müstəqil və çiçəklənən ölkə kimi saxlayacaq irəliləyiş yolunun yaradılmasından gedir", – deyə M.Rubio bildirib.
#ABŞ teqi istifadə olunub
- ABŞ Prezidenti İranın Xarq adasından danışdı
- Müharibədə gözlənilməz gedişat | Hücumların məqsəd və xarakteri niyə dəyişdi? - HƏRBİ XRONİKA
- Savaşın uzanması ABŞ və İsraildən çox İrana sərf edir? | Tehranın hiyləgər planı - Baku TV
- İranın qisası... | Trampın xəbərdarlığına fikir verməmək Netanyahuya baha başa gəldi? - Baku TV
- ABŞ Ordusu Hörmüz boğazında quru əməliyyatına başlaya bilər
