Ukrayna və İran XİN başçıları regional təhlükəsizlik barədə fikir mübadiləsi aparıblar
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın xarici işlər naziri Andriy Sibiqa iranlı həmkarı Seyid Abbas Əraqçiyə zəng edib.
Bu barədə o, "X" hesabında paylaşım edib.
Sibiqa bildirib ki, iranlı həmkarı ilə söhbətində diplomatiyanın ən çətin şəraitdə belə birbaşa dialoqdan başladığını vurğulayıb.
O, əsas məqsədin gərginliyin daha da artmasının qarşısını almaq olduğunu qeyd edib.
Nazirin sözlərinə görə, Ukraynanın bütün addımları yalnız ölkəsini Rusiyanın təcavüzündən müdafiə etməyə yönəlib və heç vaxt mülki gəmiləri və ya dinc insanları hədəf almaq məqsədi daşımayıb.
Sibiqa İranı vəziyyəti daha da gərginləşdirə biləcək addımlardan çəkinməyə, həmçinin Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə dəstəyini dayandırmağa çağırıb.
O əlavə edib ki, Ukraynanın mövqeyi dəyişməz olaraq qalır: Avropa və Yaxın Şərq sabitlik, təhlükəsizlik və sülhə layiqdir.
#Andrey Sibiqa teqi istifadə olunub
- İsrail 8-ci cəbhədə savaşa hazırlaşır? | Avropa Britaniyaya qapılarını açacaq? - YENİ BİR SƏHƏR
- Andrey Sibiqa nələrdən danışdı | Sülh baş tutacaq? - Baku TV CANLI
- Azərbaycanın mövqeyi Ukrayna tərəfindən yüksək dəyərləndirildi - Baku TV
- Azərbaycan xarici işlər naziri Kiyevdə bir sıra görüşlər keçirir - Baku TV
- Ceyhun Bayramov Ukraynada həmkarı Andrey Sibiqa ilə görüşdü - Baku TV
