Ukraynada döyüşlər şiddətləndi: sakinlər evlərini tərk edir
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın Xarkov vilayətinin ötən il işğaldan azad edilən əraziləri yenidən Rusiyanın hücumuna məruz qalıb.
Məlumata görə, sakinlər son günlər Rusiya Ordusunun bu istiqamətdə hücumları kəskinləşdirməsi səbəbi ilə vilayətin Kupyansk və Dvureçnoye rayonlarından çıxarılırlar.
Bununla yanaşı, Ukraynanın Rusiya ilə sərhədi boyu qəsəbələrdən də sakinlər təxliyə olunurlar.
Təxliyə olunanlar öz müraciətləri əsasında Qızıl Xaç Təşkilatı tərəfindən dəhlizlər vasitəsilə çıxarılırlar. Sakinlər davamlı atəş altında qalan evlərini tərk edib, naməlum istiqamətə yollanırlar.
“Hər gün atəş altındayıq. İndi evimizi tərk edib, Xarkov şəhəri istiqamətində gedirik. Harada yaşayacağımızı bilmirik. Artıq burada yaşamaq mümkün deyil. Hər gün ruslar buranı vururlar”, – təxliyə olunan sakin deyib.
#Xarkov teqi istifadə olunub
- Xarkova yeni zərbə endirildi | Hücumda xeyli sayda ölən və yaralanan var - Baku TV
- Rusiyanın xəbərdarlığından sonra Vaşinqton hansı addımı atacaq? - Baku TV
- Xarkovda dəhşətli gecə | Rusiya ordusu mülki obyektləri hədəf aldı - Baku TV
- Xarkovda dəhşətli gecə | Rusiya ordusu mülki obyektləri hədəf aldı - Baku TV CANLI
- Rusiya Ukraynanın bir neçə yaşayış məntəqəsini hədəf alıb
