Pleyeri seçin:

Ukraynada seçki mübahisəsi

11 dekabr 2025 343 baxış

“Ali Radanın deputatları ilə ölkədə seçkilərə hazırlığı müzakirə etdik. Mən Ukraynaya qarşı heç bir sövdələşməyə yol verməyəcəyəm”.

Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.

“Əgər tərəfdaşlarımız, o cümlədən Vaşinqtondakı əsas müttəfiqimiz hərbi vəziyyət şəraitində seçkilərdən bu qədər danışırlarsa, biz hər suala və hər bir şübhəyə qanun çərçivəsində cavab verməyə borcluyuq. Bu, asan deyil, amma bizə təzyiq lazım deyil”, – deyə o əlavə edib.

Volodimir Zelenski xalqa müraciətində ABŞ Prezidenti Donald Trampın Ukraynada prezident seçkilərinin keçirilməsi təklifinə toxunarkən əlavə edib ki, o bu məsələ ilə bağlı Ukrayna parlamentarilərindən təklif gözləyir.

“Təhlükəsizlik problemləri tərəfdaşlardan, ilk növbədə, Amerikadan asılıdır. Siyasi və hüquqi problemlərə Ukrayna cavab verməlidir və bu olacaq”, – deyə V.Zelenski bildirib.

ABŞ Prezidenti isə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı yenidən Rusiya-Ukrayna münasibətlərinə toxunub:

“Mən Fransa, Almaniya və Böyük Britaniya liderləri ilə Ukrayna mövzusunu müzakirə etdim. Nəsə etməzdən öncə biz Ukraynadan cavab gözləyirik, görək nələr baş verəcək? Bilirsiniz ki, biz Ukraynaya pul xərcləmirik. Biz NATO-ya əsasən raket və digər hərbi texnikalar satırıq. NATO bizə ödəniş edir, daha sonra isə özləri qərar verirlər. Əsasən həmin silah-sursat Ukraynaya göndərilir. Ukraynaya pul ayırmasaq da, çoxlu vaxt və güc sərf edirik”.

Donald Tramp Ukraynada prezident seçkilərinin keçirilməsinin artıq gecikməkdə olduğunu vurğulayıb:

“Zelenski realist olmalıdır. Mən təəccüb içindəyəm, görün Ukraynada prezident seçkiləri neçə il əvvəl olub?! Maraqlıdır, seçkilərin keçirilməsi daha nə qədər uzadılacaq? Ukrayna xalqı çox sayda insan itkisi verib. Keçirilən sorğulara nəzər salsaq görə bilərik ki, ölkənin 82 %-i Rusiya ilə razılaşmanın əldə olunmasını tələb edir və mən onları başa düşürəm, insanlar müharibənin sona çatmasını istəyirlər”.

Ukraynada seçkilərlə bağlı müzakirələr həm ölkə daxilində, həm də beynəlxalq arenada gərginliyi artırmaqda davam edir. Zelenski suveren qərarların yalnız Kiyevdə verilməli olduğunu vurğulasa da, Vaşinqtonun mesajları prosesə yeni dinamika gətirir. Seçkilərin nə vaxt və hansı formada keçiriləcəyi isə hələlik açıq qalır.

İran və Oman arasında kritik razılaşma - Baku TV CANLI

İran və Oman arasında kritik razılaşma - Baku TV CANLI

Dünya
05 avqust 2026 343 baxış
Britaniyanın 9 həbsxanasında xərçəng riski aşkarlandı

Britaniyanın 9 həbsxanasında xərçəng riski aşkarlandı

Dünya
05 avqust 2026 343 baxış
Trampın İranla bağlı gözləntisi özünü doğrultmaya bilər

Trampın İranla bağlı gözləntisi özünü doğrultmaya bilər

Dünya
05 avqust 2026 343 baxış
Hörmüzdə razılaşma üçün son mərhələ

Hörmüzdə razılaşma üçün son mərhələ

Dünya
05 avqust 2026 343 baxış
Məscid atəşə tutulub, ölən və yaralananlar var

Məscid atəşə tutulub, ölən və yaralananlar var

Dünya
05 avqust 2026 343 baxış
Qvatemalada Fueqo vulkanı püskürdü

Qvatemalada Fueqo vulkanı püskürdü

Dünya
05 avqust 2026 343 baxış
Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə keçir?

Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə keçir?

Dünya
05 avqust 2026 343 baxış
Kiyevə atılan ballistik raketin qarşısını almaq mümkün olmadı - Baku TV

Kiyevə atılan ballistik raketin qarşısını almaq mümkün olmadı - Baku TV

Dünya
05 avqust 2026 343 baxış
Rusiyanın Kiyevə raket zərbələri ağır nəticələr verdi - Baku TV CANLI

Rusiyanın Kiyevə raket zərbələri ağır nəticələr verdi - Baku TV CANLI

Dünya
05 avqust 2026 343 baxış
ABŞ İrana yenidən hücuma keçəcək? | Trampın taktiki gedişinə Tehranın reaksiyası - Baku TV

ABŞ İrana yenidən hücuma keçəcək? | Trampın taktiki gedişinə Tehranın reaksiyası - Baku TV

Dünya
05 avqust 2026 343 baxış
Seçilmişlər
icon