Pleyeri seçin:

Ukraynada siyasi vəziyyət gərginləşir | Zelenski ABŞ və Avropadan əsas istəyini açıqladı - Baku TV

10 dekabr 2025 353 baxış

“Bu, doğrudur ki, 3 fərqli sənəd var? Bəli, bu, doğrudur. Biz amerikalılarla və artıq avropalılarla da danışıqlar aparırıq. Çox şadam ki, avropalı həmkarlarımızı da bu danışıqlara cəlb edə bilmişik. 3 sənəd var, birinci 20 bənddən ibarətdir və daim dəyişikliklər olur. Bu, normal haldır, Ukrayna, Avropa və bütün dünya üçün maraqlı olmalıdır.

İkinci sənəd təhlükəsizlik zəmanətləridir. Biz bunun üzərində işləyirik. Bizim komandanın ABŞ ilə dialoqlarından müvafiq təklifləri səbirsizliklə gözləyirəm. Bütün bunlar Könüllülər Koalisiyasının prinsipləri ilə uyğunlaşdırılmalıdır. Təhlükəsizlik zəmanətləri bizimlə Amerika Birləşmiş Ştatları arasında vacib bir sənəddir”.

Bu fikirləri Ukrayna Prezidenti Volodimir Zelenski açıqlamasında bildirib.

O əlavə edib ki, üçüncü sənəd bərpa prosesinə aiddir. Bu, müharibə bitdikdən və ya atəşkəs əldə olunduqdan sonra reallaşdırılacaq layihədir.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın ölkədə seçki keçirilməsi çağırışını da şərh edib.

“Mən hər zaman seçkiyə hazıram”, – deyə V.Zelenski bildirib.

Bununla yanaşı, o, ABŞ və Avropanı ölkəsində keçiriləcək seçkilərin təhlükəsizliyini təmin etməyə çağırıb:

“Xahiş edirəm və açıq şəkildə bildirirəm ki, ABŞ mənə, ola bilər ki, avropalı həmkarlarımızla birlikdə seçkilərin təhlükəsizliyini təmin etməkdə kömək etsin. Onda növbəti 60-90 gün ərzində Ukrayna seçkilər keçirməyə hazır olacaq. Şəxsən mənim buna hazırlığım var”.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 353 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 353 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 353 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 353 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 353 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 353 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 353 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 353 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 353 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 353 baxış
Seçilmişlər
icon