Ukraynada vəziyyət daha da gərginləşib
Yeniliklərdən dərhal xəbərdar olun
Son günlər Rusiyanın Ukrayna ərazilərinə ardıcıl hücumları fonunda vəziyyət daha da gərginləşib.
Paytaxt Kiyev də daxil Ukraynanın arxa cəbhə şəhərlərinin havadan hücuma məruz qaldığı ərəfədə Donetsk vilayətinin Baxmut şəhəri istiqamətində Rusiyanın “Vaqner” hərbi muzdlu dəstəsinin rəhbəri məğlubiyyət formatında bəyanat verib. Bunun ardınca bölgədə vəziyyət daha da gərginləşib.
Ukrayna Ordusunun Şərq cəbhəsi üzrə sözçüsü Sergey Çerevatıy bildirib ki, Rusiya Baxmut istiqamətində maksimum fəallıq nümayiş etdirir.
“Atışmaların miqyasından və məhv edilən döyüş sursatlarının saxlanıldığı anbarların sayından göründüyü kimi, Rusiya qoşunlarında döyüş sursatları ilə bağlı çatışmazlıqdan söhbət belə gedə bilməz. Ümumiyyətlə təkcə bizim istiqamətdə düşmən 25 min mərmidən istifadə edib”, – deyə S.Çerevatıy qeyd edib.
Xatırladaq ki, fevraldan etibarən Ukraynanın cəbhədən uzaq şəhərlərində müşahidə olunan sakitlik artıq pozulub, ölkənin əksər bölgələrində hava hücumu ilə bağlı həyəcan siqnalları intensivləşib.
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
