Pleyeri seçin:

Ukraynadan Rusiya Ordusuna sarsıdıcı zərbə

14 avqust 2025 271 baxış

Ukrayna silahlı qüvvələri avqustun 14-ü gecə saatlarında Rusiyanın Volqoqrad şəhərində “Lukoyl” şirkətinə məxsus neft emalı zavoduna dronlarla hücum edib.

Bu barədə Ukrayna hərbi qərargahı məlumat yayıb.

Bildirilib ki, əsas məqsəd Rusiya ordusu üçün yanacaq istehsal edən zavodu məhv etmək olub. Zərbələrdən sonra obyektin ərazisində partlayış və yanğınlar baş verib, neft məhsulları əraziyə axıb.

Məlumatda bildirilib ki, zavodun ərazisində yanğınlar günorta saatlarına qədər davam edib.

Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov məlumatı təsdiqləyərək vurğulayıb ki, kütləvi hücumla bağlı olaraq vilayətin hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Ukrayna silahlı qüvvələri artıq ikinci sutkadır ki, hücumlarını davam etdirir.

Məlumat üçün bildirək ki, neft emalı zavodu bundan öncə də 31 yanvar və 3 fevral tarixlərində hücuma məruz qalıb. Bu səbəbdən müəssisə bir müddətlik fəaliyyətini dayandırmışdı.

Rostov vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edən Yuri Slyusar isə “Telegram” kanalında bildirib ki, Ukrayna Rostov-na-Donu şəhərinə də pilotsuz uçuş aparatları ilə hücum edib. Hadisə nəticəsində 13 nəfər xəsarət alıb.

“Həkimlər bildirilər ki, yaralılardan ikisinin vəziyyəti ağırdır. Daha 11 yaralı xəstəxanada müalicə alır. Xəsarət alanlarla bağlı məlumat dəqiqləşdiriləcək”, – deyə o qeyd edib. Slyusarın sözlərinə görə, Rostova PUA hücumundan sonra bir neçə çoxmənzilli ev zədələnib.

Banner
Təyyarələrdən sonra Avropanın aparıcı media qurumlarına da bomba təhdidləri gəldi - Baku TV CANLI

Təyyarələrdən sonra Avropanın aparıcı media qurumlarına da bomba təhdidləri gəldi - Baku TV CANLI

Dünya
06 noyabr 2026 271 baxış
Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI

Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI

Dünya
06 noyabr 2026 271 baxış
Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR

Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR

Dünya
06 noyabr 2026 271 baxış
ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM

ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM

Dünya
06 noyabr 2026 271 baxış
Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV

Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV

Dünya
06 noyabr 2026 271 baxış
Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI

Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI

Dünya
06 noyabr 2026 271 baxış
İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV

İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV

Dünya
06 noyabr 2026 271 baxış
Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI

Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI

Dünya
06 noyabr 2026 271 baxış
Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Dünya
06 noyabr 2026 271 baxış
Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib

Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib

Dünya
06 noyabr 2026 271 baxış
Seçilmişlər
icon