Ukraynalıların səbri daşdı | “Tramp sadəcə əsəblə oynayır, Rusiya isə...”
Yeniliklərdən dərhal xəbərdar olun
“Ukrayna üçün ABŞ Prezidenti Donald Trampın emosional açıqlamaları deyil, onun atacağı praktiki addımlar önəmlidir”.
Bunu ukraynalı hərbi ekspert Sergey Qrabski Donald Trampın rusiyalı həmkarı Vladimir Putinə qarşı ultimatum müddətinin azaldılmasını şərh edib.
“Bu cür emosional açıqlamalar əvvəllər də səslənib, indi də səslənir və gələcəkdə də səslənəcək. Bizim üçün vacib olan bundan sonra hansı praktiki addımların atılacağıdır. Biz real dəyişiklikləri, Rusiyanın əsas sənaye sahələrinə qarşı sanksiyaların tətbiqini, qeyri-qanuni neft tədarükünü dayandırmaq üçün ABŞ donanmasının Baltik dənizinə yerləşdirilməsini, Rusiyanın ABŞ-dəkı diplomatik nümayəndəliklərinin bağlanmasını, rusiyalılara viza verilməsinin kəskin şəkildə məhdudlaşdırılmasını görəndə o zaman deyilənlərin praktiki həyata keçirilməsindən danışmaq olar”, – ekspert bildirib.
O vurğulayıb ki, hazırda bu, sadəcə əsəblərə oynamaqdır, çünki Rusiya tərəfindən hələlik heç bir praktiki reaksiya yoxdur.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
