Ukraynanın “B” planı | Zelenskinin hərbi müşavirindən “Baku TV”yə özəl açıqlamalar
“Ukraynada hərbi yardımsız qalmaq riskləri nəzərdən keçirilir. İstənilən halda bizim “B” planımız var”.
Bu sözləri Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Pavlo Palisa “Baku TV”yə müsahibəsində deyib.
P.Palisa Rusiyanın Ukraynaya qarşı döyüşlərdə “miqrant ordusu”ndan istifadə etməsindən də danışıb.
“Rusiya tərəfdən döyüşlərdə Asiya, Afrika, Latın Amerikası dövlətlərindən olan vətəndaşların iştirak etdiyi hallarla qarşılaşırıq. Onların arasında əsir düşənlər də çox olub. Rusiyadakı miqrantlar ən müdafiəsiz insanlardır. Buna görə də onlara inzibati təzyiq asanlaşır. Cinayət işlərinin saxtalaşdırılması ilə bəzi miqrantlar həbsxana ilə cəbhəyə yollanmaq arasında seçim etməli olurlar”, ‒ o qeyd edib.
P.Palisa Rusiya Ordusunun itkiləri barədə də məlumat verib.
“Rusiyanın itkiləri bir milyonu keçib. Ukraynanın itkiləri onlarla müqayisə edilə bilməz. Şübhəsiz ki, hər bir əsgərin həyatı dəyərlidir. Hər bir əsgərin ölümü kiminsə dağılmış dünyasıdır. İndi silahla dövləti qoruyan insanlar orada yaşamağa ən çox layiq olanlardır. Münaqişənin dördüncü ili gedir, Rusiya böyük itkilər bahasına olsa da, irəli getməyə çalışır. Onlar Kursk vilayətində böyük itki veriblər. Rusiyanın Baxmut və Pokrovskda itkiləri çoxdur. Zaporojye uğrunda döyüşlər də onlara baha başa gəlib”, ‒ deyə o əlavə edib.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Kiyev Patriot raketləri üçün ABŞ lisenziyasına ümid edir - Baku TV CANLI
- Novorossiysk şəhəri kütləvi PUA hücumuna məruz qaldı - Baku TV CANLI
- Rusiyanın yeni qərarı müharibənin gedişatında ciddi dəyişiklik yarada bilər - Baku TV
- Rusiya və Ukraynadan yeni zərbələr | Hədəflər niyə dəyişir? - Baku TV
- Rusiya Ordusu Kiyev istiqamətində ballistik raketlər buraxıb - Baku TV
