Ukraynanın mülki infrastrukturu təhlükədə | Müharibənin taleyi dəyişir?
Yeniliklərdən dərhal xəbərdar olun
“ABŞ-dən gələn yardım dayansa, mülki obyektlər risk altına düşəcək”.
Bu barədə Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin rəhbəri Serhii Kuzan məlumat verib.
Onun sözlərinə görə, “Patriot” hava hücumundan müdafiə sistemləri təkcə ordunun deyil, mülki infrastrukturun da qorunmasında vacib rol oynayır. Lakin ehtiyat azaldıqca raketlərin istifadəsi prioritet obyektlərə, əsasən hərbi təyinatlı müəssisələrin qorunmasına yönəldiləcək. Bu da nəticədə bəzi mülki infrastrukturları qorunmasız vəziyyətə gətirib çıxacaq:
“Patriot” sistemləri hazırda Ukraynada ən geniş yayılan və səmərəli hava hücumundan müdafiə vasitələridir. Onlar ortamənzilli ballistik raketlərə qarşı xüsusi təsir gücünə malikdir. Bu sistemlər olmadan Rusiya raket hücumlarına qarşı müdafiə zəifləyə bilər”.
Ukrayna rəsmiləri bildirirlər ki, silah tədarükü təkcə Avropanın təhlükəsizliyi üçün deyil, qlobal sabitlik üçün də mühüm əhəmiyyət daşıyır. Ukrayna bu kontekstdə Avropanın təhlükəsizlik arxitekturasının mərkəzi elementi hesab olunur.
Qeyd edək ki, Ağ Ev rəhbəri Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdən sonra bu ölkəyə daha çox “Patriot” raket sistemi satmağı nəzərdən keçirdiyini açıqlayıb.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
