Ukraynanın qisas zərbəsi Rusiyanı sarsıtdı | Bu silahlar işə salındı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya və Ukrayna arasında cəbhə xəttində gərginlik pik həddə çatıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı son sutka ərzində 157 döyüş toqquşmasının baş verdiyini, ən ağır döyüşlərin Pokrovsk istiqamətində (56 toqquşma) qeydə alındığını bildirib. Ukraynanın həyata keçirdiyi qisas zərbəsi nəticəsində Rusiyanın Krasnodar diyarındakı Afipski Neft Emalı Zavodunda yanğın baş verib; hücum zamanı pilotsuz uçuş aparatlarının (PUA) qalıqları zavodun qurğularından birinin üzərinə düşüb. Ukrayna tərəfi Rusiyanın 940 hərbçisinin öldürüldüyünü və 400 hərbi texnikasının məhv edildiyini iddia edir. Eyni zamanda, Rusiya ordusu Sumı vilayətini bombalayaraq mülki infrastruktura ciddi ziyan vurub, 1440 kamikadze dronu ilə mövqelərə kütləvi hücumlar təşkil edib. Rusiya Müdafiə Nazirliyi isə gecə ərzində Ukraynaya məxsus 55 PUA-nın məhv edildiyini açıqlayıb.
#Rusiya Ordusu teqi istifadə olunub
- Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr
- Rusiyanın hücumunda 25 mərtəbəli yaşayış binasına zərbə endirilib
- Zaporojyeyə eyni vaxtda bomba və dron hücumları həyata keçirilib - Baku TV
- Zelenskidən Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi üçün təcili çağırış - Baku TV
- Rusiyanın xəbərdarlığından sonra Vaşinqton hansı addımı atacaq? - Baku TV
