Ukraynanın taleyi Cenevrə və Əbu-Dabidə həll olunur?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Ordusunun katibi Deniel Driskol Birləşmiş Ərəb Əmirliklərində Rusiyanın rəsmi şəxsləri ilə görüşüb danışıqlar aparıb.
Əbu-Dabi danışıqları Rusiya ilə Ukrayna arasında sülh sazişinin imzalanması üçün ABŞ Prezidenti Donald Trampın növbəti vasitəçilik cəhdi kimi yozulur.
Əbu-Dabi görüşü ABŞ ilə Ukrayna rəsmilərinin Cenevrədə sülh planının bəndlərini azaltmaq üçün apardığı danışıqlardan sonra baş tutub.
Qeyd edək ki, ABŞ-nin sülh planının bəzi bəndləri Ukrayna və Avropa ölkələri tərəfindən Rusiyanın istəyi kimi yozulub. O ki qaldı Driskolla Rusiya nümayəndələrinin görüşünə, noyabrın 24-də başlayan müzakirələr noyabrın 25-nə kimi davam edib. Danışıqlarda iştirak edən heyətin tərkibi açıqlanmayıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Əbu-Dabidə aparılan danışıqlar Kreml tərəfindən diqqətlə izlənilir.
“Amma görüş barədə, nələrin müzakirə olunduğu haqqında məlumat verə bilmərik. Hazırda təkliflər analiz edilir” deyən D.Peskov qeyd edib ki, sülh planının mətni dəyişdirilib. Lakin ABŞ ilə təmaslar tam bərpa olunmadığı üçün dəyişikliklər barədə ətraflı məlumat yoxdur.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
