Ukraynanın taleyi onsuz həll olunur? | Müharibə sakitləşməkdənsə, daha da gərginləşir
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp vəzifəsinin icrasına başlayan kimi vəd etdiyi üzrə Ukraynada müharibənin tezliklə bitməsinə dair etdiyi cəhd hələ ki nəticə vermir.
Ekspertlərin rəyinə görə, Rusiyanın Ukraynanın iştirakı olmadan birbaşa ABŞ ilə danışıqlar aparması daha çox özünü qabardır.
Politoloq Maksim Yalinin sözlərinə görə, Rusiya Ukraynanı hərbi yolla məğlub etmək istəyir:
“Rusiya nümayiş etdirir ki, o, danışıqları istəmir. Daha çox onun üstünə gedir ki, guya Volodimir Zelenskinin prezident kimi legitimliyi bitib və bu qeyri-məntiqi iddianı daim əsas kimi qaldırır.
Biz bilirik ki, ABŞ-nin yeni Prezidenti Donald Tramp Vladimir Putini sülhə məcbur edir. Hətta bununla bağlı Ukrayna üzrə xüsusi təmsilçisinə vaxt da qoyub. Amma cəbhədəki hərbi əməliyyatların getdikcə qızışmasını nəzərə alsaq görürük ki, Rusiya danışıqları mümkün qədər ləngidir.
Görünən tərəf odur ki, V.Putin birbaşa, yəni Ukraynanın iştirakı olmadan D.Tramp ilə danışıb razılığa gəlmək istəyir”.
Qeyd edək ki, son bir həftə ərzində Rusiya Ukraynanın demək olar ki, bütün vilayətlərinə yenidən kütləvi hava hücumlarına başlayıb.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
