Ukraynaya kütləvi hücumlar başladı | Ölən və yaralananlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın şərqi və mərkəzi vilayətləri son bir neçə gündə ağır döyüşlərin getdiyi meydana çevrilib.
Rusiya Ordusu tərəfindən son 1 sutka ərzində ən çox hücumlar Donetsk, Xarkov, Xerson və Dnepropetrovsk vilayətlərinə olub.
Xerson vilayətində 2 nəfər ölüb, 11 mülki şəxs yaralanıb. Dnepropetrovsk vilayətində PUA hücumu mülki minik avtomobilinə yönəldilib, partlayış nəticəsində 54 yaşlı kişi ölüb.
Poltava və Xarkov vilayətlərinə edilən PUA hücumları nəticəsində 14 nəfər yaralanıb. Ən ağır hücumlar Donetsk vilayətində olub.
Ukrayna Fövqəladə Hallar Xidmətinin Donetsk vilayəti üzrə rəsmisi Veronika Baxal bildirib ki, hücumlar hər saat davam edir:
“Martın 8-dən etibarən düşmən Donetsk vilayətinə, xüsusilə Dopropluya güclü zərbələr endirməyə başlayıb. Hazırkı rəqəmlərə görə, 2 gündə 11 nəfər həlak olub, 50 nəfər yaralanıb. Ölənlər arasında Donetsk vilayətində bizim qarnizondan olanlar da var. Yaralananlar arasında 7 azyaşlı uşaq var. Son zərbələrdə 7 çoxmənzilli ev dağılıb. Bundan başqa, bir ticarət mərkəzi, 30 ədəd mülki avtomobil tamamilə yararsız hala düşüb. Xeyli sayda Donetsk vilayəti sakinləri evsiz qalıb. İdarəmiz tərəfindən dağıntılarla bağlı araşdırma və hesablamalar aparılır”.
Qeyd edək ki, hücumlar Ukrayna-ABŞ münasibətlərinin gərginliyi fonunda artıb.
#Rusiya Ordusu teqi istifadə olunub
- Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr
- Rusiyanın hücumunda 25 mərtəbəli yaşayış binasına zərbə endirilib
- Zaporojyeyə eyni vaxtda bomba və dron hücumları həyata keçirilib - Baku TV
- Zelenskidən Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi üçün təcili çağırış - Baku TV
- Rusiyanın xəbərdarlığından sonra Vaşinqton hansı addımı atacaq? - Baku TV
