Pleyeri seçin:

Uşaqlar bu tarixdən sosial şəbəkələrə daxil ola bilməyəcək | Böyük Britaniya - Baku TV

17 iyun 2026 316 baxış

Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkəsində 16 yaşından kiçik uşaqlar üçün sosial şəbəkələrin istifadəsinə tam qadağa qoyulacağını açıqlayıb.

"Mən uşaqlarımızın təhlükəsizliyi və xoşbəxtliyi məsələlərində güzəştə getməyə hazır deyiləm. Buna görə də bu qadağa baş tutmalıdır və tətbiq ediləcək", – deyə Starmer vurğulayıb.

Baş nazirin sözlərinə görə, sosial platformalar uşaqları bədbəxt edir, qısnamanı asanlaşdırır və asılılıq yaratmaq üçün hazırlanıb.

O həmçinin bildirib ki, hökumət müvafiq qanunu 2026-cı ilin Milad bayramına qədər qəbul etməyi planlaşdırır. Qadağanın özü isə 2027-ci ilin yazında qüvvəyə minəcək. Qadağa “Snapchat”, “TikTok”, “YouTube”, “X”, “Instagram” və “Facebook” platformalarına şamil olunacaq. Bununla belə, hökumətin bəyanatına əsasən, “WhatsApp” və “Signal” mesencerləri bu siyahıya daxil deyil.

Qadağadan əlavə, hökumət canlı yayımlar kimi zərərli funksiyaları bloklamaq niyyətindədir. Həmçinin 18 yaşından kiçik istifadəçilər üçün gecə komendant saatlarının tətbiqi və sonsuz sürüşdürmə üzrə məhdudiyyətlərin qoyulması imkanları da nəzərdən keçirilir. Baş nazir həmçinin yad şəxslərin uşaqlarla maneəsiz şəkildə əlaqə qurmasına imkan verən oyun servisləri və platformalarına qarşı da əlavə tədbirlərin görüləcəyini elan edib.

Anklavın bərpasına 2,45 milyard dollar ayrılacaq

Anklavın bərpasına 2,45 milyard dollar ayrılacaq

Dünya
23 sentyabr 2026 316 baxış
Səudiyyə Ərəbistanı alternativ neft kəmərini işə salıb

Səudiyyə Ərəbistanı alternativ neft kəmərini işə salıb

Dünya
23 sentyabr 2026 316 baxış
ABŞ və Rusiya nazirlərinin Ukrayna və İran müzakirəsi necə nəticə verəcək? - ANA XƏBƏR

ABŞ və Rusiya nazirlərinin Ukrayna və İran müzakirəsi necə nəticə verəcək? - ANA XƏBƏR

Dünya
23 sentyabr 2026 316 baxış
Müharibənin uzanması Rusiyaya nəyə başa gələ bilər? - Baku TV CANLI

Müharibənin uzanması Rusiyaya nəyə başa gələ bilər? - Baku TV CANLI

Dünya
23 sentyabr 2026 316 baxış
Səyahət etmək istəyənlərin nəzərinə | Vizasız səfərlərlə bağlı yeni razılaşma - Baku TV CANLI

Səyahət etmək istəyənlərin nəzərinə | Vizasız səfərlərlə bağlı yeni razılaşma - Baku TV CANLI

Dünya
23 sentyabr 2026 316 baxış
Elektromobil istehsalçısı qanun pozuntusu iddialarını rədd edir

Elektromobil istehsalçısı qanun pozuntusu iddialarını rədd edir

Dünya
23 sentyabr 2026 316 baxış
Beynəlxalq təşkilatın daha effektiv işləməsi üçün hansı dəyişikliklər təklif olunur? - Baku TV

Beynəlxalq təşkilatın daha effektiv işləməsi üçün hansı dəyişikliklər təklif olunur? - Baku TV

Dünya
23 sentyabr 2026 316 baxış
Qədim yaşayış məskənində maraqlı arxeoloji tapıntılar aşkarlanıb

Qədim yaşayış məskənində maraqlı arxeoloji tapıntılar aşkarlanıb

Dünya
23 sentyabr 2026 316 baxış
Tramp Türkiyə Prezidenti ilə bağlı kimlərə mesaj verdi? - Baku TV

Tramp Türkiyə Prezidenti ilə bağlı kimlərə mesaj verdi? - Baku TV

Dünya
23 sentyabr 2026 316 baxış
ABŞ Litvadakı hərbi mövcudluğunu daha da genişləndirir

ABŞ Litvadakı hərbi mövcudluğunu daha da genişləndirir

Dünya
23 sentyabr 2026 316 baxış
Seçilmişlər
icon