Pleyeri seçin:

Uşaqlarla bağlı tükürpərdici statistika

05 iyun 2023 411 baxış

2005-ci ildən bəri dünyanın müxtəlif qitələrində müharibələr nəticəsində ən azı 120 000 uşaq həlak və ya şikəst olub ki, bu da günə orta hesabla 20 uşaq deməkdir.

2005-2022-ci illər arasında Birləşmiş Millətlər Təşkilatı tərəfindən hazırlanan hesabatlarda münaqişə zonalarında yaşayan uşaqlara qarşı 315 000 ciddi pozuntu faktı öz əksini tapıb. Hesabata görə, 120 000-dən çox uşaq öldürülüb və ya şikəst qalıb. Ən azı 105 000 uşaq silahlı qüvvələr və ya silahlı qruplar tərəfindən işə götürülüb və ya istismara məruz qalıb. 32 500-dən çox uşaq oğurlanıb. 16 000-dən çox uşaq cinsi zorakılığa məruz qalıb.

BMT həmçinin bu illər ərzində müharibə aparan tərəflərin məktəblərə və həbsxanalara 16 000-dən çox hücumunu təsdiqləyib. Real rəqəmin isə bundan daha böyük olduğu ehtimal edilir. Bundan əlavə, milyonlarla uşaq evindən didərgin düşüb, bir və ya hər iki valideynini itirib.

UNICEF-in İcraçı Direktoru Ketrin Rassel deyib ki, istənilən müharibə nəticə etibarı ilə uşaqlara qarşı aparılan müharibədir: “Münaqişə zonalarında yaşamaq uşaqlara fəlakətli təsirlər göstərir. Onları müharibələrdən qorumaq üçün nə etməli olduğumuzu bilsək də, təəssüflər olsun ki, bu istiqamətdə lazımi işlər görülmür. Uşaqların böyüklərin apardığı müharibələrin qurbanına çevrilməməsi və onların müdafiəsini təmin etmək üçün konkret addımlar atmaq hamımızın borcudur”.

Məlumat üçün bildirək ki, müharibələrdən əziyyət çəkən uşaqların müdafiəsini təmin etmək üçün 2026-cı ilə qədər 1,05 milyard ABŞ dolları məbləğində yardım tələb olunacaq. Buraya uşaqların psixi sağlamlığının qorunması, onların silahlı qruplara cəlb olunmasının qarşısının alınması və bu kimi digər mühüm xidmətlər daxildir.

Banner
Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Dünya
05 noyabr 2026 411 baxış
Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Dünya
05 noyabr 2026 411 baxış
İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

Dünya
05 noyabr 2026 411 baxış
Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Dünya
05 noyabr 2026 411 baxış
Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Dünya
05 noyabr 2026 411 baxış
Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Dünya
05 noyabr 2026 411 baxış
Tramp Avropanın gələcəyini sual altına alıb

Tramp Avropanın gələcəyini sual altına alıb

Dünya
05 noyabr 2026 411 baxış
Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Dünya
05 noyabr 2026 411 baxış
Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Dünya
05 noyabr 2026 411 baxış
Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Dünya
05 noyabr 2026 411 baxış
Seçilmişlər
icon