ÜST Nipah virusu ilə bağlı məlumat yaydı
Yeniliklərdən dərhal xəbərdar olun
Ümumdünya Səhiyyə Təşkilatı Hindistanda qeydə alınan Nipah virusunun yayılma riskinin hazırda aşağı olduğunu açıqlayıb.
Yanvarın 26-da Hindistandan Nipah virusuna iki yoluxma halı qeydə alınıb. Təşkilatın bildirdiyinə görə, yoluxmuş şəxslər xəstəxanada müalicə alırlar. Hazırda digər ölkələrdə də hər hansı yoluxma faktı aşkarlanmayıb.
ÜST-ün nümayəndəsi brifinqdə bildirib ki, qurum Hindistanda və digər ölkələrdə vəziyyəti yaxından izləməyə, riskləri mütəmadi qiymətləndirməyə və yerli səhiyyə qurumlarına texniki dəstək göstərməyə davam edəcək.
Bildirək ki, infeksiyanın mənbəyi hələ tam müəyyən edilməyib. Yoluxmaların nədən yarandığı ilə bağlı bütün fərziyyələrin nəzərdən keçirildiyi bildirilib.
Qeyd edək ki, yarasalar və donuzlar vasitəsilə yayılan virus yüksək hərarət və beyin iltihabına səbəb ola bilir. Xəstəliyin ölüm nisbəti 40-75 faiz arasında dəyişir. Hazırda virusun müalicəsi yoxdur, peyvəndlər isə hələ sınaq mərhələsindədir.
Hindistanda yoluxma hallarının təsdiqlənməsindən sonra Honkonq, Malayziya, Sinqapur, Tailand və Vyetnam da daxil olmaqla, bir sıra Asiya ölkələri hava limanlarında nəzarət və sağlamlıq yoxlamalarını gücləndirib.
#Hindistan teqi istifadə olunub
- Kargil payızın rənglərinə bürünüb
- Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI
- "Pirelli" təqvimində Hindistan gözəlliyi
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
- Hindistanda bayram şənliyində baş verən faciə 17 nəfərin həyatına son qoydu - Baku TV
