“Uzunmüddətli sülh bizim üçün daha vacibdir” | Tata Xvedeliani
Yeniliklərdən dərhal xəbərdar olun
“NATO-ya üzvlük prosesi heç vaxt tam şəkildə sabit olmayıb, şərtlər daim dəyişir”.
Bunu “Gürcüstan üçün Qaxariya” partiyasının üzvü Tata Xvedeliani deyib.
Partiya nümayəndəsi ABŞ-nin 2025-ci il üçün Milli Təhlükəsizlik Strategiyasının NATO ilə bağlı hissəsini belə şərh edib:
“Bu sənəd bizə o mesajı verir ki, uzunmüddətli sülh dünya, o cümlədən bizim üçün daha vacibdir. Bu mesaj o deməkdir ki, demokratiyanın keyfiyyəti daha yüksək olmalı və seçimimizi son nöqtəyə çatdırmaq üçün hər şeyi etməliyik. Əlbəttə, Avropa-Atlantik istiqamətdə uğurlu addımlar atmalıyıq”.
ABŞ-nin yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında qeyd olunur ki, Avropada NATO-nun davamlı genişlənən alyans kimi qəbul edilməsi fikrinə son qoyulmalıdır.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
