Vardanyan Qarabağ ermənilərinin ac olduğunu dedi, amma özünü belə ifşa etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Qarabağdakı separatçı qalıqlarının qondarma dövlət naziri Ruben Vardanyan özünü gülünc vəziyyətə salmağa davam edir. Daha çox fırıldaqçı iş adamı kimi tanınan Vardanyan bir neçə gün öncə Xankəndidə yaşayan ermənilərin acından öldükləri barədə bar-bar bağırsa da, indi özü özünü təkzib edir.
Məsələ ondadır ki, ABŞ-nin “The American Conservative” jurnalına müsahibə verən “dövlət naziri” müsahibənin əvvəlində “yeməyimiz, dərmanımız, yanacağımız yoxdur, vəziyyət həqiqətən də ağırdır” desə də, sonradan kifayət qədər ət və taxıla malik olduqlarını etiraf edir.
“Aclıq təhlükəsi varmı? Sizin nə qədər ehtiyatınız var?” sualını Vardanyan “Bizim uzun illər ərzaq topladığımız anbarlarımız var. Yadınızdan çıxarmayın ki, Qarabağ zəngin torpaqdır. Yaxşı ətimiz və taxılımız var. Yəni əsas qidamız var, aramızda aclıq başlamayıb”, - deyə cavablandırıb.
Laçın yolunun bağlanması ilə Qarabağ ermənilərinin bir aydır blokada şəraitində yaşadıqlarını iddia edən erməni emissar hətta əlavə edib ki, “Qızıl Xaç Komitəsi bizə müəyyən dərəcədə kömək edir, lazım olan tibbi ləvazimatları çatdırır.
Nala-mıxa vurmaqla öz yalanlarının üstünü açan Ruben ermənilərə məxsus saxtakarlıq xislətini bir daha dünyaya nümayiş etdirmiş oldu. Bəli, ard-arda özünü gülünc vəziyyətə salan milyarder gah aclıqdan dəm vurur, gah da “yaxşı ətimiz, taxılımız var” deməklə özü öz yalanlarını ifşa edir.
#Ruben Vardanyan teqi istifadə olunub
- Talebin qalmaqallı qərarı | Ruben Vardanyana görə Bakıya gəlmir - Baku TV
- Vardanyanın qaranlıq keçmişi | Risklərdən yazan Taleb özü niyə riskə getdi? - Baku TV
- Vardanyan və digər erməniəsilli şəxslərlə bağlı hiddət doğuran çağırış - Baku TV
- Ruben Vardanyan hökmü regional güclərə ünvanlanan sərt siqnaldır? - AKTUAL GÜNDƏM
- Təcili: Ruben Vardanyanla bağlı yekun məhkəmə qərarı elan olundu - Baku TV
