Vardanyan Ukrayna tərəfindən beynəlxalq axtarışa verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Moskvanın xüsusi missiya ilə Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə göndərdiyi erməni əsilli milyarder Ruben Vardanyan Ukrayna tərəfindən axtarışa verilib.
Məlumata görə, onun adı Kiyevin sanksiyalar bazasına daxil edilib. R.Vardanyan dərhal saxlanılaraq Ukrayna və NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməli şəxs kimi siyahıda yer alıb.
Bildirilir ki, R.Vardanyan Ukraynaya qarşı təcavüzə şərikdir. Rusiya Ukrayna və Qarabağda hərbi mövcudluğunu genişləndirmək üçün onun şirkətlərindən uğurla istifadə edib. Bundan başqa, R.Vardanyan Xəzər regionunda Kremlin ruporudur. Qarabağ bölgəsində daim münaqişənin qızışdırılması ilə birbaşa əlaqəli olan da məhz odur.
R.Vardanyan həmçinin ofşor şirkətlər vasitəsilə çirkli pulların yuyulmasında və Vladimir Putinin nüfuzlu yaxınlarına pul köçürməkdə ittiham olunur. Qeyd edilir ki, onun Ukraynanın müntəzəm atəşə tutulmasında Moskvanı dəstəkləyən Tehranla da əlaqələri var.
#Ruben Vardanyan teqi istifadə olunub
- Talebin qalmaqallı qərarı | Ruben Vardanyana görə Bakıya gəlmir - Baku TV
- Vardanyanın qaranlıq keçmişi | Risklərdən yazan Taleb özü niyə riskə getdi? - Baku TV
- Vardanyan və digər erməniəsilli şəxslərlə bağlı hiddət doğuran çağırış - Baku TV
- Ruben Vardanyan hökmü regional güclərə ünvanlanan sərt siqnaldır? - AKTUAL GÜNDƏM
- Təcili: Ruben Vardanyanla bağlı yekun məhkəmə qərarı elan olundu - Baku TV
