Pleyeri seçin:
Vaşinqton cavab verməlidir | İran konsulluğuna hücumla bağlı sərt çıxış
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailə qarşı cavab əməliyyatının necə və nə vaxt həyata keçiriləcəyinə Tehranın özü qərar verəcək.
Bu sözləri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Hüseyn Bagiri sözügedən hücum nəticəsində ölən SEPAH zabitlərinin dəfnindəki çıxışında deyib.
O, 1 apreldə İsrailin İranın Dəməşqdəki konsulluq binasına endirdiyi zərbəyə görə intiqam alınmasının qaçılmaz olduğuna inandığını bildirib.
Onun sözlərinə görə, İsrailin terror hücumuna cavab əməliyyatı dəqiq həyata keçiriləcək və İsrail öz hərəkətlərindən peşman olacaq.
O həmçinin xəbərdarlıq edib ki, Dəməşqə hücuma görə əsas məsuliyyət ABŞ-nin üzərinə düşür və Vaşinqton cavab verməlidir.
Kopyalandı
#İsrail teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
