Vaşinqton gəmini niyə vurdu? | Dənizdə gərginlik - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Silahlı Qüvvələri Oman körfəzində Palau bayrağı altında İrana üzən neft tankerinə hava zərbəsi endirib.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, zərbə gəminin mövcud blokadanı pozmaq cəhdindən sonra endirilib.
"Palau bayrağı altında üzən "M/T Marivex" tankeri iyunun 8-də beynəlxalq sularla İran limanı istiqamətində hərəkət edirdi. Ekipaj ABŞ qüvvələrinin kursu dəyişmək tələblərinə məhəl qoymadıqdan sonra "USS Abraham Lincoln" aviadaşıyıcısındakı qırıcı təyyarəsi gəminin maşın və sükan bölmələrinə yüksək dəqiqlikli zərbə endirib", – deyə məlumatda bildirilib.
Amerika komandanlığının bəyanatında qeyd olunub ki, aprelin 13-də blokada tətbiq edildiyi vaxtdan bəri ABŞ Silahlı Qüvvələri yeddi gəmini sıradan çıxarıb, tələblərə tabe olan 134 gəminin istiqamətini dəyişdirib, həmçinin humanitar yardım daşıyan 42 gəmini buraxıb.
#ABŞ Silahlı Qüvvələri teqi istifadə olunub
- ABŞ Meksika ilə sərhəddə imkanlarını genişləndirir | Hərbçilər burada nə edəcək? - Baku TV
- Trampın razılıq verdiyi hərbi kompleks planı maraq doğurur
- Hörmüzdəki gərginlik gəmi marşrutlarına belə təsir etdi - Baku TV
- İran edilən hücuma qarşılıq verərsə, reaksiyamız güclü olacaq | Trampdan sərt xəbərdarlıq- Baku TV
- CENTCOM rəhbəri İsraili İrana zərbələri bərpa etməyə çağırıb
