Pleyeri seçin:

Vaşinqton Tehrana iqtisadi təzyiqi sənaye sektoru üzərindən artırır

02 oktyabr 2026 5 baxış

ABŞ Maliyyə Nazirliyi İranın iqtisadiyyatına qarşı yeni sanksiyalar tətbiq edib.

Məhdudiyyətlər “İqtisadi təcrid” əməliyyatı çərçivəsində İrana dəstək verməkdə ittiham olunan fiziki və hüquqi şəxsləri əhatə edir.

Nazirliyin yaydığı məlumata görə, sanksiya siyahısına İranın iri avtomobil istehsalçıları, motosiklet istehsalçıları, dəmir yolu şirkətləri, metallurgiya və maşınqayırma müəssisələri daxil edilib.

Məhdudiyyətlərə İranın iki ən iri avtomobil istehsalçısı, ölkənin ən böyük motosiklet istehsalçısı, həmçinin İndoneziyanın “Golden Motorcycle Company” şirkəti və BƏƏ ilə Honkonqda fəaliyyət göstərən avtokomponent istehsalçıları da məruz qalıb.

ABŞ həmçinin İranın iri dəmir yolu şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Siyahıya metallurgiya və maşınqayırma sektorunda fəaliyyət göstərən “Heavy Equipment Production Company” və onun Şanxaydakı törəmə şirkəti də salınıb.

Bundan başqa, Vaşinqton İranın metallurgiya müəssisələrinə yardım etməkdə ittiham olunan BƏƏ və Almaniya şirkətlərini, eləcə də Honkonqda fəaliyyət göstərən polad və neft ixracı şəbəkəsini sanksiya siyahısına əlavə edib.

ABŞ Maliyyə Nazirliyi bildirir ki, dəmir yolu və avtomobil sektorları İran hakimiyyətinin əsas gəlir mənbələri və logistika imkanları arasında qalır.

Tehran Londonun siyasətindən narazılığını Britaniya səfirinə çatdırıb

Tehran Londonun siyasətindən narazılığını Britaniya səfirinə çatdırıb

Dünya
02 oktyabr 2026 5 baxış
ABŞ regiona əlavə qüvvələr göndərilməsi variantını gündəmdə saxlayır

ABŞ regiona əlavə qüvvələr göndərilməsi variantını gündəmdə saxlayır

Dünya
02 oktyabr 2026 5 baxış
Gübrə tədarükündəki fasilələr ərzaq təhlükəsizliyinə ciddi təsir göstərə bilər

Gübrə tədarükündəki fasilələr ərzaq təhlükəsizliyinə ciddi təsir göstərə bilər

Dünya
02 oktyabr 2026 5 baxış
Tramp administrasiyası ağcaqanadların sayını kəskin azaltmaq üçün yeni qərar verib

Tramp administrasiyası ağcaqanadların sayını kəskin azaltmaq üçün yeni qərar verib

Dünya
02 oktyabr 2026 5 baxış
Kaliforniyada yalnız 18 yaşını tamamlayan şəxslər evlənə biləcək

Kaliforniyada yalnız 18 yaşını tamamlayan şəxslər evlənə biləcək

Dünya
02 oktyabr 2026 5 baxış
ABŞ və Çinin strateji rəqabəti Cənub-Şərqi Asiyada daha da dərinləşir - Baku TV

ABŞ və Çinin strateji rəqabəti Cənub-Şərqi Asiyada daha da dərinləşir - Baku TV

Dünya
02 oktyabr 2026 5 baxış
"Putin bunu bilir ki..." | NATO və Rusiya arasında qalan Kalininqradın taleyi necə olacaq? - Baku TV

"Putin bunu bilir ki..." | NATO və Rusiya arasında qalan Kalininqradın taleyi necə olacaq? - Baku TV

Dünya
02 oktyabr 2026 5 baxış
Tehran Britaniya rəsmilərinin açıqlamaları ilə bağlı rəsmi izahat tələb etdi - Baku TV CANLI

Tehran Britaniya rəsmilərinin açıqlamaları ilə bağlı rəsmi izahat tələb etdi - Baku TV CANLI

Dünya
01 oktyabr 2026 5 baxış
BMT-nin müvəqqəti keçid təklifi böhranın qarşısını ala biləcək? - Baku TV CANLI

BMT-nin müvəqqəti keçid təklifi böhranın qarşısını ala biləcək? - Baku TV CANLI

Dünya
01 oktyabr 2026 5 baxış
Rusiya Macarıstanın addımına diplomatların çıxarılması ilə cavab verdi - Baku TV CANLI

Rusiya Macarıstanın addımına diplomatların çıxarılması ilə cavab verdi - Baku TV CANLI

Dünya
01 oktyabr 2026 5 baxış
Seçilmişlər
icon