Vaşinqtonda İsrail-Livan danışıqlarının ilk günü nəticəsiz başa çatıb - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“Vaşinqtonda Livan və İsrail arasında keçirilən danışıqların ilk raundu heç bir razılaşma əldə olunmadan başa çatıb. Buna əsas səbəb İsrail Ordusunun qüvvələrinin çıxarılması şərtləri və müddətləri ilə bağlı tərəflər arasında ciddi fikir ayrılıqlarının olmasıdır”.
Bu barədə “Axios” portalı məlumat yayıb.
ABŞ vasitəçiləri hazırda tərəflərin mövqelərini yaxınlaşdırmaq və danışıqlar prosesini yaranmış dalandan çıxarmaq üçün yeni mərhələyə start veriblər.
Vaşinqtonda keçirilən danışıqların beşinci raundunun ilk görüşünün gedişi ilə tanış olan mənbənin sözlərinə görə, İsrail nümayəndə heyətinin rəhbəri və İsrailin ABŞ-dəki səfiri Yexiel Layter Livan məsələsi ilə bağlı ABŞ və İran arasında razılaşdırılmış mexanizmə qəti etirazını ifadə edib.
Mənbə bildirib ki, Layter çıxışı zamanı ABŞ nümayəndələri onun mövqeyini yumşaltmaq və gərginliyi azaltmaq məqsədilə bir neçə dəfə müdaxilə etməli olublar.
Məlumata görə, Vaşinqton İsrail tərəfini İranın yaradılmış mexanizmdə iştirakının vacibliyinə inandırmağa çalışıb.
ABŞ hesab edir ki, bu mexanizm “Hizbullah” üzvlərinə təsir göstərərək onların Vaşinqton və Tehran arasında imzalanmış memorandum üzrə öhdəlikləri, o cümlədən Livanın birliyinin və suverenliyinin qorunmasına dair müddəaları yerinə yetirməsinə kömək edə bilər.
Vaşinqtonda başlayan yeni danışıqlar raundu münaqişənin nizamlanması baxımından mühüm mərhələ hesab olunur. Bu dəfə tərəflər ümumi bəyanatlarla kifayətlənməyərək konkret addımları, o cümlədən Livanın cənubunda xüsusi “pilot zonalar”ın yaradılması imkanını müzakirə etməyə başlayıblar.
#Livan Respublikası teqi istifadə olunub
- İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı artıb | Tutucu raket buraxılıb - Baku TV
- Yaxın Şərqdə gərginlik səngimir | Hədəf alınan şəxs kim idi? - Baku TV CANLI
- İsrail Livanın cənubuna növbəti dəfə aviazərbələr endirib
- İsrail Livanın cənubuna aviazərbələr endirib, ölənlər var - Baku TV CANLI
- "Ciddi maneələr var" | Gündəmi zəbt edən planın pərdəarxası məqamları - Baku TV
