Pleyeri seçin:

“Vaxtım olsa belə, Laricani ilə görüşməzdim” | İran-Livan münasibətlərində gərginlik

14 avqust 2025 629 baxış

İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin Livana səfəri və bununla bağlı "X" sosial şəbəkəsində paylaşımı qalmaqala səbəb olub.

O, paylaşımında dolayı yolla Livan hökumətini ABŞ-nin planı üzrə hərəkət etməkdə ittiham edib.

“Livanın işlərinə qarışmaq? Mən İranın milli təhlükəsizlik rəsmisiyəm və açıq deyirəm: İranın heç bir ölkənin, o cümlədən Livanın işinə qarışmaq niyyəti yoxdur. Livanın işlərinə qarışan kimdirsə, min kilometrlərlə uzaqdan plan və cədvəl verən də odur. Biz sizə bir plan verməmişik”, ‒ Əli Laricani bildirib.

Livanlı sosial media istifadəçiləri Ə.Laricaninin paylaşımını və bəyanatlarını ölkənin müstəqilliyi və suverenliyinə xəyanət kimi qiymətləndiriblər.

Təkcə Ə.Laricaninin bəyanatları yox, iş qrafikinin məhdud olduğunu və buna görə də onunla görüşmədiyini bəyan edən Livan xarici işlər naziri Yusif Rəcəvinin İran rəsmisinə verdiyi cavabında işlətdiyi bu sözləri də müzakirə mövzusuna çevrilib:

“Vaxtım olsa da, onunla görüşməzdim”.

Livan Prezidenti Cozef Aun isə İran Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşündə deyib:

“Livan öz suverenliyi çərçivəsində İranla əməkdaşlıq etmək istəyir, amma onun daxili işlərinə hər hansı müdaxiləni rədd edir”.

C.Aun əlavə edib ki, bəzi İran rəsmilərinin son ritorikası faydasızdır.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 629 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 629 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 629 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 629 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 629 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 629 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 629 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 629 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 629 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 629 baxış
Seçilmişlər
icon