Venesuela Prezidenti sanksiyaların ləğvini istəyir
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp noyabrın 21-də venesuelalı həmkarı Nikolas Maduro ilə telefon danışığı zamanı ondan ölkəsindən bir həftə ərzində getməsini tələb edib.
“Reuters” yazır ki, liderlər arasında söhbət 15 dəqiqədən az davam edib. Danışıq zamanı Tramp Maduroya ailəsi ilə birlikdə Venesuelanı tərk etmək və istədiyi yerə getmək üçün bir həftə vaxtının olduğunu bildirib.
Məqalədə bu müddətin 28 noyabr cümə günü başa çatdığı aydınlaşdırılıb.
“Reuters”in məlumatına görə, Maduro ailə üzvlərinə bütün ABŞ sanksiyalarının ləğvi də daxil olmaqla tam hüquqi əfv veriləcəyi təqdirdə ölkəni tərk etməyə hazır olduğunu bildirib.
Maduro həmçinin Beynəlxalq Cinayət Məhkəməsində ona qarşı aparılan proseslərin dayandırılmasını və ABŞ-nin Venesuelanın 100 rəsmisinə qarşı sanksiyalarının ləğv olunmasını tələb edib.
Bundan əlavə, o vurğulayıb ki, Venesuelanın icraçı vitse-prezidenti Delsi Rodriqez yeni seçkilər keçirilənə qədər keçid hökumətinə rəhbərlik etməlidir.
Mənbələr iddia edib ki, Tramp Maduronun tələblərinin əksəriyyətini rədd edib. Agentliyin məlumatına görə, Maduronun Venesueladan mümkün gedişi ilə bağlı danışıqlar davam edə bilər.
#Nikolas Maduro teqi istifadə olunub
- Keçmiş prezident siyasi rəqiblərinə işgəncə verməkdə günahkar bilinir
- Maduronun devrilməsindən sonra Venesuelanın neft bazarında böyük dəyişiklik başlayır - Baku TV
- Aylar sonra Maduronun həbsdən ilk görüntüsü yayıldı - Baku TV
- Venesuelada Maduronun adı siyasətlə yanaşı artıq küçələrdən də silinməyə başlayıb - Baku TV
- Maduro ilk dəfə həbsxanadan Venesuela xalqına müraciət edib - Baku TV
