Viktor Orban son hadisələri şərh edib
Yeniliklərdən dərhal xəbərdar olun
Macarıstanın Baş naziri Viktor Orban ABŞ-nin Venesuelada həyata keçirdiyi, ölkə Prezidenti Nikolas Maduronun ələ keçirildiyi əməliyyatı "yeni dünya nizamının təzahürü" adlandırıb.
Onun sözlərinə görə, Venesuela və Birləşmiş Ştatlar birlikdə dünyanın neft ehtiyatlarının demək olar ki, yarısını nəzarətdə saxlaya bilərlər ki, bu da qlobal qiymətlərə əhəmiyyətli dərəcədə təsir göstərə bilər:
"Venesuelaya gəldikdə isə demək istəyirəm ki, bu, artıq yeni dünyanın güclü təzahürlərindən biridir. Dünya gələcəkdə bu şəkildə – yeni bir dildə danışacaq. Mənim qiymətləndirməmə görə, Macarıstan üçün vacib hesab etdiyim şey Venesuela ilə birlikdə ABŞ-nin dünya neft ehtiyatlarının 40-50 %-nə nəzarət edə bilməsidir. Bu, artıq enerjinin dünya bazar qiymətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilən bir gücdür".
Viktor Orban qeyd edib ki, Venesueladakı son hadisələr dünya enerji bazarında daha əlverişli vəziyyətə gətirib çıxaracaq. Baş nazir Avropa İttifaqının tədricən dağılmağa məhkum olduğu haqda fikirlər də səsləndirib:
"Avropa İttifaqı birdən-birə çökməyəcək, tədricən dağılacaq. Bu, artıq baş verir, biz bu prosesin içindəyik".
#Macarıstan teqi istifadə olunub
- Macarıstanın əsas şərti Avropa İttifaqını çıxılmaz vəziyyətə salacaq? - Baku TV CANLI
- Balıq hovuzlarının suyundan quraqlığa qarşı mübarizədə istifadə olunur
- Rusiya Macarıstanın addımına diplomatların çıxarılması ilə cavab verdi - Baku TV CANLI
- Festival zamanı Macarıstanın Baş nazirinin üzünə içki atılıb
- Macarıstanda elektrik stansiyasının gücü azaldılıb
