Xalqı məcbur ediblər ki... | Paşinyan erməniləri qəflət yuxusundan oyatdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Əminəm ki, erməni xalqı artıq öz seçimini real Ermənistanın xeyrinə edib”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində yazıb.
“Ermənistan Respublikası “Böyük Ermənistan” qurmaq üçün həqiqəti olduğu kimi qəbul və ya beynəlxalq səviyyədə tanınmış ərazisində öz vətəndaşlarının rifahını təmin etməlidir”, – deyən Baş nazirin sözlərinə görə, müxtəlif vaxtlarda ölkə rəhbərləri, o cümlədən özü də xalqı dinləməyərək onu hansısa “tarixi dövrdə” yaşamağa məcbur ediblər.
“Məhz buna görə də biz xalqımızdan üzr istəməliyik və mən də öz adımdan üzr istəyirəm”, – deyə N.Paşinyan paylaşımında yazıb.
Qeyd edək ki, Baş nazir bununla da “Böyük Ermənistan” konsepsiyasının xülya olduğunu bir daha təsdiqləyib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
